Abşeronda “Coca-Cola məktəbli kuboku”na yekun vurulub
Bakı, 9 aprel, AZƏRTAC
AFFA tərəfindən təşkil olunan “Coca-Cola məktəbli kuboku”nun Abşeron rayonu üzrə final oyunu keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Xırdalan şəhər 3 saylı tam orta məktəbdə təşkil olunan final qarşılaşmasında Fatmayı kənd tam orta məktəbinin komandası ilə Masazır qəsəbəsini təmsil edən 5 nömrəli məktəbin kollektivi qarşılaşıb.
Rəqibini 10:2 hesabı ilə məğlub edən 5 nömrəli orta məktəbin komandası zonanın qalibi olub.