“AccessBank” “MilliÖn” ödəmə terminalları vasitəsilə kredit ödənişlərinin qəbuluna başlayıb
Bakı, 1 mart, AZƏRTAC
“AccessBank”ın müştəriləri kreditlərini “MilliÖn” ödəmə terminallarından ödəyə biləcəklər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, artıq müştərilər banka gəlmədən, günün istənilən vaxtı onlara ən yaxın olan “MilliÖn” ödəmə terminalından kredit ödənişini rahatlıqla həyata keçirə bilərlər. Ödəmə terminalları Bakı şəhəri və Azərbaycanın digər şəhərlərində ictimai yerlərdə quraşdırılıb.
Kredit ödənişini “MilliÖn” terminallarından Azərbaycan manatı və ABŞ dolları ilə etmək mümkündür. Bunun üçün monitorda göstərilən “Bank xidmətləri”ni seçərək, “AccessBank” bölməsində müvafiq əməliyyatları həyata keçirmək lazımdır. Ödəniş iş günü ərzində saat 20-dək aparılarsa, vəsaitlər həmin günün ödənişi kimi qəbul olunur. Saat 20-dən sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş gününün ödənişi kimi sayılır.
Qeyd edək ki, terminal vasitəsilə aparılan kredit ödənişlərinə görə xidmət haqqı tutulmur. Terminalla bağlı hər hansı məlumatı, bankın 151 ümumi zəng mərkəzindən və ya “MilliÖn” ödəmə sisteminin “*0010” müştəri xidmətlərindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]