ADAU-nun Baytarlıq təbabəti və Zoomühəndislik fakültələrinin bir qrup bakalavr və magistrləri ilə görüş keçirilib
Gəncə, 23 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun (HETİ) direktoru, dosent Mahir Hacıyev və institutun digər əməkdaşları ilə Baytarlıq təbabəti və Zoomühəndislik fakültələrinin bir qrup bakalavr və magistratura tələbələri arasında görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Mahir Hacıyev Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tarixi, fəaliyyəti, qarşısında duran məqsəd və vəzifələri haqqında geniş məlumat verərək, ADAU-nun müvafiq ixtisaslarda təhsil alan bakalavr və magistr tələbələri üçün HETİ-də geniş təcrübə imkanlarının olduğunu diqqətə çatdırıb.
Əlavə olaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Aidə Əsgərova hazırda magistratura təhsil pilləsinin II kursunda təhsil alan tələbələrin doktorantura təhsili üçün Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində açılmış plan yerlərinə də müraciət edə biləcəkləri barədə məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.