Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADF 2026-da mövcud enerji problemləri müzakirə olunub YENİLƏNİB

Antalya, 17 aprel, AZƏRTAC

Türkiyədə V Antalya Diplomatiya Forumunun (ADF 2026) birinci günü müzakirə olunan ilk mövzular qlobal enerji təchizatı və yaranan problemlər ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, “Qlobal enerji xəritəsinin yenidən çəkilməsi: Təhlükəsizlik və qeyri-müəyyənlik” mövzusunda keçirilən panel iclasda Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Sloveniyanın ətraf mühit, iqlim və enerji naziri Bojan Kumer, Liviyanın neft və qaz naziri Xəlifə Abdulsadık və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Baş direktoru Françesko La Kameranın mövzu ilə bağlı fikirləri dinlənilib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxışı zamanı enerji təhlükəsizliyi artıq ümumi təhlükəsizlik mühitinin vacib məsələlərindən birinə çevrildiyini və onların hazırda böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Nazir dünyanın tarixin ən ciddi böhran təhdidlərindən biri ilə qarşı-qarşıya olduğunu bildirərək deyib: “Əgər boğazdakı vəziyyətə baxsaq, görə bilərik ki, ümumilikdə gündə təxminən 12 milyon barel həcmində enerji qlobal təchizatdan kənarda qalır. Bunun müəyyən hissəsi Avropaya və Asiyaya yönəlir. Belə ki, mayeləşdirilmiş təbii qazın 8 faizdən çoxu, neft tankerlərinin 7 faizi, reaktiv yanacaq və dizelin isə 40 faizi həmin marşrut vasitəsilə Avropaya çatdırılır. Məhz buna görə də Avropa bu boğazda baş verən hadisələrə olduqca həssasdır. Eyni zamanda, bu enerji təchizatının təxminən 90 faizi Asiyaya yönəlir. Biz neftimizi dünyanın təxminən 20 ölkəsinə, o cümlədən Avropa və Asiya ölkələrinə ixrac edirik. Son illərdə isə Avropadakı tərəfdaşlarımıza təbii qaz nəql etməyə başlamışıq və 16 ölkəyə tədarük həyata keçiririk. Onların 10-u Avropa İttifaqının üzvüdür. Prinsip etibarilə bu fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”.

Energetika naziri neft ixrac edən ölkələrin bu böhranın təsirlərini dərindən hiss etdiyini vurğulayıb. “Bəzən yüksək qiymətlərlə bağlı belə bir təsəvvür yaranır ki, istehsalçı ölkələr bundan böyük qazanc əldə edir. Lakin reallıqda bu tam doğru deyil. Çünki adətən neft və ya karbohidrogen istehsal edən ölkələrin suveren sərvət fondları olur. Bu fondlar qlobal maliyyə bazarlarına və müxtəlif aktivlərə investisiya yatırır. Fond bazarları düşdükdə isə bu gəlirlər də azalır, eyni zamanda, idxal olunan enerji və digər sahələr də bundan təsirlənir. Nəticə etibarilə, qeyd etdiyim kimi, biz bəzən yüksək neft qiymətlərindən qazandığımızdan daha çoxunu fond bazarlarının enməsi səbəbindən itirə bilərik. Məhz buna görə biz həmişə istehsalçılar, istehlakçılar və neft-qaz sənayesi üçün vacib olan balanslı neft qiymətlərinin təmin olunmasına çalışan ölkə olmuşuq”, - deyə nazir əlavə edib.

Pərviz Şahbazov bildirib ki, Türkiyə ilə əməkdaşlığımız ölkələr qrupunun, tərəfdaş və qardaş dövlətlərin enerji təhlükəsizliyinə necə töhfə verə biləcəyinin çox yaxşı nümunəsidir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr Xəzər dənizini Bakı–Supsa kəməri vasitəsilə Qara dənizlə, Bakı–Tbilisi–Ceyhan, həmçinin Bakı–Tbilisi–Ərzurum layihəsi vasitəsilə Aralıq dənizi ilə birləşdirib.

“Bundan əlavə, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi tarixdə ilk dəfə olaraq Xəzər dənizini yeddi ölkə üzərindən İtaliyanın cənub hissəsi - Adriatik dənizi ilə birləşdirib. Bu, qlobal enerji sektorunun dayanıqlığını təmin etmək və enerji təhlükəsizliyini ən yaxşı şəkildə gücləndirmək üçün əməkdaşlığın necə qurulmalı olduğunun bariz nümunəsidir”, - deyə o əlavə edib.

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar öz növbəsində geosiyasi gərginliklərin, müharibələrin və qiymət artımlarının enerji bazarlarına dərin təsir göstərdiyi bir vaxtda Türkiyə bu prosesi hazır və dayanıqlı enerji infrastrukturu ilə idarə etdiyini deyib. Nazir Türkiyə hökumətinin mənbə və marşrutların müxtəlifliyini artırmaq, infrastrukturu gücləndirmək, bərpaolunan enerji investisiyalarını sürətləndirmək və nüvə enerjisi vasitəsilə baza yükünü daimi təmin etmək məqsədilə hərtərəfli Yol Xəritəsini qətiyyətlə həyata keçirdiyini diqqətə çatdırıb.

"Gələcək dövrdə enerji böhranları müxtəlif formalarda yaranmağa davam edəcək. Bu təcrübələrə əsaslanaraq, hazırladığımız həlləri qlobal miqyasda təqdim etməyə davam edəcəyik. Enerji diplomatiyasından effektiv istifadə etməklə, Türkiyə böhranların idarə olunduğu, əməkdaşlıqların inkişaf etdiyi və yeni enerji koridorlarının formalaşdığı bu dövrdə etibarlı tərəfdaş və güclü enerji mərkəzinə çevrilmək yolunda irəliləməyə davam edəcək", - deyə Alparslan Bayraktar vurğulayıb.

Digər natiqlər qlobal enerji bazarlarında baş verən son proseslər barədə danışıb, mövcud vəziyyətin sistemlərin kövrəkliyini üzə çıxardığını qeyd ediblər.

Çıxışlarda davam edən geosiyasi münaqişələr, artan ticarət maneələri və strateji rəqabət, təchizat təhlükəsizliyi və qiymət dalğalanmaları ilə bağlı artan narahatlıqlara diqqət çəkilib. Bildirilib ki, bu, dəyişən şəraitdə, təhlükəsiz, əlverişli və dayanıqlı enerjinin təmin edilməsi daha geniş beynəlxalq əməkdaşlıq tələb edən ortaq prioritetə çevrilib.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya 
Fotoqraf – Nicat Haşımov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb