Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Əliyev: Prezidentin Brüssel qələbəsi Minsk qrupunu yenidən fəallaşdırmaq cəhdlərini puç etdi

Adil Əliyev: Prezidentin Brüssel qələbəsi Minsk qrupunu yenidən fəallaşdırmaq cəhdlərini puç etdi

Bakı, 9 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin aprelin 6-da Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü və apardığı danışıqlar bir sıra mühüm nəticələrlə əlamətdar olub. Bunlardan biri ATƏT-in Minsk qrupunun lazımsız təsisat kimi artıq keçmişdə qaldığının bir daha qabarıq şəkildə özünü büruzə verməsi idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

O qeyd edib ki, artıq Ermənistan və Azərbaycan arasında danışıqlar Vətən müharibəsinin yaratdığı yeni geosiyasi reallığın tərkib hissəsi olaraq ATƏT-in Minsk qrupu çərçivəsində aparılmır. Danışıqlar Vətən müharibəsindən bəri Rusiyanın vasitəçiliyi ilə aparılmış və üçtərəfli bəyannamələr imzalanmışdır. Daha sonra isə 2021-ci il dekabrın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə ilk görüşü keçirilib. Həmin görüşdən etibarən tərəflər arasında Avropa İttifaqının vasitəçiliyi ilə sülh gündəliyinin formalaşdırılması məqsədilə sıx təmaslar qurulub, telefon danışıqları keçirilib. Beləliklə, ATƏT-in Minsk qrupu iflic vəziyyətdə qalıb.

Bu fonda Avropa İttifaqı səylərini artıraraq fəallıq göstərməyə başlayıb. Avropa İttifaqının vasitəçı kimi fəallaşması və ATƏT-in Minsk qrupunun sıradan çıxması bir sıra səbəblərdən Azərbaycanın maraqlarına uyğundur. Belə ki, Brüssel Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında hansısa bir qurum və ya dövlətin inhisarçı mövqe tutmasının qarşısını alaraq alternativ və ya tamamlayıcı bir platforma kimi çıxış edir. Digər tərəfdən isə postmüharibə dövründə Ermənistan və Azərbaycan arasında münasibətlərə müharibə deyil, sülh diskursunu gətirir. Bu, Vətən müharibəsinin nəticələrinin beynəlxalq hüquqi müstəvidə möhkəmləndirilməsi, ölkədə və regionumuzda təhlükəsizlik və tərəqqi üçün önəmlidir.

Milli Məclis sədrinin müavini deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və diplomatiyanın Brüssel görüşü zamanı təsdiqlənən əsas nailiyyətlərindən biri ATƏT-in özünün və onun Minsk qrupunun həmsədrlərinin bu təsisatın sonunun çatmasını birbaşa və ya dolayı yolla etiraf etməsidir. ATƏT-in sədarəti Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə görüşünü və mümkün sülh sazişi istiqamətində prosesin başlanmasını alqışlayaraq Cənubi Qafqazda sabit və dinc mühitin təmin edilməsi üçün bütün səylərdə “kömək etməyə” hazır olduğunu bildirib. Beləliklə, ATƏT Minsk qrupunun prosesdən faktiki olaraq kənarda qalmasını və bununla barışdığını etiraf edir, köməkçi rol oynamağa hazır olduğunu ifadə edir.

“Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı digər həmsədrlər ABŞ və Fransanın bu formatda Moskva ilə əlaqə saxlamaqdan imtina etdiklərini və bununla da Minsk qrupunu ləğv etdiklərini bildirib. Lavrovun dediklərini ABŞ-ın davranışı da təsdiq edir. Belə ki, ABŞ-ın dövlət katibi Entoni Blinken şəxsən Brüssel səfəri ərəfəsində Ermənistan və Azərbaycan liderləri ilə telefon danışıqları həyata keçirib. Ağ evin telefon danışığı ilə bağlı yaydığı bəyanatda bir məqam xüsusən diqqətçəkəndir. Blinken Paşinyana qəti və aydın surətdə xəbərdarlıq edib ki, “indi regionda yenidən münaqişə alovlandırmaq vaxtı deyil”. Fransaya gəldikdə isə, onun Avropa İttifaqı vasitəsilə danışıqlarda hansısa təsir imkanları qazanmasına cəhd etməsi Parisin də ATƏT-in Minsk qrupunun sonunun çatması ilə barışdığının əlamətidir. Amma istənilən halda bu məsələdə Fransa və Ermənistan uduzan, Azərbaycan isə udan tərəfdir. Çünki Azərbaycan Avropa İttifaqının 27 üzv dövlətinin üçdə biri ilə strateji tərəfdaşlıq haqqında sazişlər imzalayıb. Təşkilatın əksər üzvləri, o cümlədən İtaliya, Almaniya, Macarıstan, İspaniya, Polşa kimi əhəmiyyətli ölkələr Azərbaycanla xoş münasibətlərdədir və ölkəmizin haqlı mövqeyini dəstəkləyirlər.

Qeyd edilənlər əsasında iki nəticəyə gəlmək olur: birincisi, Prezident İlham Əliyevin Brüssel səfəri göstərdi ki, Azərbaycan ATƏT-in Minsk qrupunun lazımsız təsisat kimi prosesdən faktiki olaraq uzaqlaşdırılmasına nail olub. İkincisi, Prezident İlham Əliyevin uzaqgörən diplomatiyası nəticəsində Azərbaycan həmin qurumun fəaliyyətinin iflic vəziyyətinə düşəcəyi və ya ümumiyyətlə, ləğv olunacağı hala uzun müddətdən bəri yaxşı və düşünülmüş şəkildə hazırlaşıb. Buna görə də Brüssel səfəri zamanı qazanılmış nəticələr Prezident İlham Əliyevin diplomatik qələbəsidir, milli maraqlarımıza xidmət edən və davamlı sülhə doğru bir addımdır”, - deyə Adil Əliyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib