ADİU-nun tələbələri yaz semestrini Litvanın Mikolas Romeris Universitetində davam etdirmək imkanı qazanmışlar
Bakı, 19 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Litvanın Mikolas Romeris Universiteti arasında 2013-cü il oktyabrın 3-də əməkdaşlıq müqaviləsi imzalanmışdır.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, müqavilənin şərtlərinə əsasən, cari tədris ilinin yaz semestri üçün bu ali məktəbin 5 tələbəsinin mübadilə yolu ilə Mikolas Romeris Universitetinə göndərilməsi nəzərdə tutulmuşdur. Litvada ingilis dilində təhsil alacaq tələblər yalnız yol və yaşayış xərclərini ödəyəcəklər. Proqram ADİU-nun II və III kurs tələbələri üçün nəzərdə tutulmuşdur.
Maraqlananlar universitetin beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər (055 787 33 66; Tel: 012 492 60 45).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]