ADU Beynəlxalq Türk-Qazax Universiteti ilə əlaqələrini genişləndirir
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri, professor Musa Yıldız ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən K.Abdulla universitetlərarası əlaqələrin genişlənməsində maraqlı olduğunu söyləyib. Rektor ADU-dakı fakültələrin, dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti, baş redaktoru olduğu “Türkologiya” jurnalı haqqında məlumat verib, həyata keçirilən türkoloji layihələrdən bəhs edib. O, həmçinin “Nibelunqlar nəğməsi” və “Kitabi-Dədə Qorqud” dastanlarının müqayisəli təhlili ilə bağlı aparılan tədqiqat layihələrindən söz açıb.
M.Yıldız Türk Universitetlər Birliyi nəzdindəki Orhun Süreci proqramının həyata keçirilməsindən, ölkəsində nəşr olunan “Türkologiya” jurnalından söz açıb.
Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində görüləcək işlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]