ADU-da “Xocalı fəryadı” tamaşası göstərilib
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) “Xocalı fəryadı” tamaşası nümayiş olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmin nümayişindən sonra ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov hər bir xalqın, millətin tarixində unudulmaz faciəvi günlərin olduğunu söyləyib. Bildirilib ki, Xocalı qətliamı da Azərbaycan xalqının tarixində baş vermiş ən ağrılı günlərdən biridir. D.Yunusov Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondunun əvəzolunmaz işlər gördüyünü vurğulayıb. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” kampaniyası soyqırımının beynəlxalq miqyasda tanınması üçün geniş təbliğat işləri aparır. D.Yunusov gənclərin xarici dil biliklərindən istifadə edərək bu qətliamın dünyada tanınmasında səfərbər olacaqlarına inandığını vurğulayıb.
Sonda tələbələr vətənpərvərlik ruhunda mahnı ifa ediblər.