ADU-nun tələbələri Nəsimiyə həsr olunan bədii qiraət müsabiqəsində iştirak edəcəklər
Bakı, 14 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli-mənəvi dəyərlərin təbliği baxımdan xüsusi əhəmiyyətini nəzərə alaraq bu ilin aprelində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Hüsnü-cəmal, əqli kamal” ümumrespublika bədii qiraət müsabiqəsi keçiriləcək. Bununla bağlı ADMİU tərəfindən Azərbaycan Dillər Universitetinə (ADU) tələbələrin müsabiqədə iştirakı ilə bağlı məktub göndərilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin tələbə və magistrantları İmadəddin Nəsiminin 650 illik yubileyi ərəfəsində və “Nəsimi ili” çərçivəsində keçirilən müsabiqədə iştirak edəcəklər.
Müsabiqənin birinci mərhələsi aprelin 1-10-da, ikinci mərhələsi isə aprelin 12-17-də keçiriləcək.
Bədii qiraət müsabiqəsinin şərtləri barədə daha ətraflı məlumatla ADU-nun rəsmi saytında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:27]
Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr
- 19.06.2026 [10:36]
DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək
- 18.06.2026 [19:57]
ADPU-nun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]