AFAD Türkiyədə baş verən zəlzələni 7,7 bal gücündə dəyərləndirib
Bakı, 6 fevral, AZƏRTAC
AFAD Türkiyədə baş verən zəlzələnin gücündə dəyişiklik edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Kahramanmaraşda dünən gecə saatlarında baş vermiş zəlzələnin gücü 7,4 baldan 7,7 bala dəyişdirilib. Bunun 1939-cu ildə Erzincanda baş vermiş 7,9 bal gücündə zəlzələdən bəri son yüz ildə Türkiyədə ən güclü zəlzələ olduğu bildirilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi son məlumata görə, Türkiyənin 10 vilayətində dağıntılara səbəb olan yeraltı təkanlar nəticəsində 912 nəfər həyatını itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]