Afinada səhiyyə işçiləri etiraz ediblər
Afina, 16 noyabr, AZƏRTAC
Yunanıstanda tibb işçiləri xəstəxanalarda əməkhaqlarının az olması və kadr çatışmazlığına qarşı etiraz ediblər. Etirazçılar tibb işçilərini imtiyazları olan təhlükəli peşələr siyahısına daxil etməyi tələb edirlər. Nümayişçilər deyiblər ki, Yunanıstan hökumətinin peyvənd olunmamış tibb işçilərini işdən azad etmək qərarı səhiyyədə işçi qüvvəsi çatışmazlığını artırıb.
Qeyd edək ki, iyul ayında Yunanıstan qocalar evində çalışanlar üçün, sentyabrda isə tibb işçiləri üçün məcburi peyvənd olunmağı tətbiq edib. Keçən həftə ölkədə yeni tədbirlər, məhdudiyyətlər elan edilib. Peyvənd olunmamış vətəndaşlar kafe və ya restoranın, dövlət qurumlarının və bankların girişində mənfi koronavirus testi təqdim etməlidirlər. Dövlət və özəl sektor işçiləri də işə başlamaq üçün həftədə iki dəfə testlərdən keçməlidirlər. Əhalinin yalnız 60 faizinin COVID-19-a qarşı peyvənd olunduğu Yunanıstanda hökumət icbari peyvəndlər və testlər də daxil olmaqla əlavə məhdudiyyətlər tətbiq etməyi düşünür.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]