Ağ ev ABŞ-ın bəzi şirkətlərinə Çinə texnologiya satmağı qadağan edib
Bakı, 29 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkənin bəzi şirkətlərinə Çinə texnologiya satmağı qadağan edib.
AZƏRTAC xəbər verir ki, CNN teleradio şirkəti bu barədə ABŞ Ticarət Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, nazirlik hazırda Çin üçün strateji əhəmiyyət kəsb edən ixracatı nəzərdən keçirir. Qurum məsələnin nəzərdən keçirildiyi müddət ərzində ixracat lisenziyalarının fəaliyyətini dayandırıb və ya əlavə lisenziya tələbləri irəli sürüb.
“Financial Times” nəşri isə öz növbəsində Ağ evin yarımkeçiricilərin hazırlanması istiqamətində proqram təminatı təklif edən şirkətlərdən Çinə xidmətlərin satışını dayandırmağı tələb etdiyini yazıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ABŞ Ticarət Nazirliyi “Cadence”, “Synopsys” və “Siemens” kimi elektron proyeksiyaların avtomatlaşdırılması qruplarına Çinə texnologiya tədarükünü dayandırmaq göstərişi verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]