AĞCABƏDİDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətində ölkənin ali məktəblərinə bu il keçirilən imtahanlarda tələbə adını qazanmış gənclərlə görüş keçirilmişdir.
Görüşdən əvvəl tələbələr ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Görüşdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov Ağcabədidə təhsilin inkişafına dövlət qayğısından, yeni məktəblərin tikilməsi və əsaslı təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, bu il 89 nəfər ağcabədili məzun ali məktəblərə daxil olmuş, onların 12 nəfəri 500-dən artıq bal toplamışdır.
Görüşdə çıxış edən tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarını bildirmişlər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tələbələri təbrik etmiş, onlara yüksək bilikli mütəxəssis kimi yetişmək üçün yaxşı oxumağı və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etmişdir.
Görüşün sonunda yüksək bal toplamış tələbələrə rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [21:35]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [21:24]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [21:18]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:47]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:39]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [20:28]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [20:00]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [19:51]