Ağdam rayonu üzrə minadan təmizlənməli olan prioritet ərazilər açıqlanıb
Ağdam, 28 fevral, AZƏRTAC
Ötən il ərzində Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində 11 obyektin təməli qoyulub, bununla da həmin obyektlərin layihələndirmə işlərinə start verilib və əksəriyyəti artıq yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev söyləyib.
Onun sözlərinə görə, hazırda Ağdam rayonu üzrə minadan təmizlənməli olan prioritet ərazilər - Kəngərli, Sarıcalı, Xıdırlı kəndləri (bufer zonalar ilə birlikdə), Hindarx-Ağdam avtomobil yolu, Xaçınçay su anbarından gələn kanal və digər şəhərdaxili layihələrdir.
Bəşir Hacıyev həmçinin qeyd edib ki, rayonlar üzrə Ağdam rayonunun 26.2, Füzuli rayonunun 22.7, Xocavənd rayonunun 3.5, Xocalı rayonunun 15.2, Tərtər rayonunun isə 15.1 faizi artıq minalardan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]