Ağdamda “Mercedes” və “VAZ” avtomobilləri toqquşub
Ağdam, 9 oktyabr, AZƏRTAC
Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Maşında sıxılıb qalan yaralı, 1995-ci il təvəllüdlü Baxşəliyev Bəxtiyar Yadigar oğlu FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun səhhətinin ağır olması səbəbindən dərhal Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:33]
Şəki-Zaqatala bölgəsi üzrə monitorinqə 7489 şagird cəlb edilib
- 05.06.2026 [14:36]
Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar
- 05.06.2026 [14:34]
Dövlət Xidmətinin rəisi Ağsuda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [13:50]
Türkiyənin Sinop Universiteti ADAU ilə əməkdaşlıqda maraqlıdır
- 05.06.2026 [13:42]