Azərbaycan Dövlət İnformasiya Agentliyi

AĞDAŞ RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

AĞDAŞ RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Ağdaş, 12 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaşda Olimpiya-İdman Kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV ağdaşlıları təbrik edərək dedi:

-Mən sizin hamınızı ürəkdən təbrik edirəm. Ağdaşda gözəl, yeni, müasir Olimpiya Kompleksinin açılışı böyük hadisədir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, cavanlar, gənclər, idmançılar bu gözəl şəraitdən səmərəli istifadə etsinlər və Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırsınlar.

Haradasa beş il əvvəl təməl daşını bərabər qoyduğumuz bu gözəl Olimpiya mərkəzi yaradılıb. Düzdür, bir az çox vaxt çəkdi. Çünki burada texniki məsələlər bir qədər çətin idi. Ona görə də xüsusi tədbirlər görüldü. Xüsusi texniki məsələlər öz həllini tapmalı idi.

Mən xatırlayıram, beş il bundan əvvəl Ağdaşda olarkən mənə müraciət edildi ki, Ağdaşda yeni Olimpiya Kompleksinin tikintisinə böyük ehtiyac vardır. Xüsusilə nəzərə alsaq ki, Ağdaş Azərbaycanın idman şöhrətinin ucaldılması üçün gözəl idmançılar yetişdirir. Xüsusilə Xəzər İsayev kimi dünya çempionu. Bu gün o, Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi çox gözəl işlər görür. O vaxt qərara gəldik ki, mütləq Ağdaşda belə gözəl Olimpiya mərkəzi yaradılsın, təkcə idmançılar üçün deyil, eyni zamanda, rayon sakinləri üçün də yararlı olsun. Bu gün gözəl mərkəzin açılışında biz yenidən görüşürük. Mən bu hadisə münasibətilə sizi təbrik edirəm.

Ümumiyyətlə, Azərbaycanda idman sahəsində görülən işlər yüksək səviyyədədir. Azərbaycan idman ölkəsi kimi artıq öz adını idman tarixinə sala bilibdir. Həm beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, dünya çempionatlarında idmançılarımızın uğurları bizi sevindirir. İdmanın kütləviliyini təmin etmək üçün mütləq belə gözəl imkanlar olmalıdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində idmanla məşğul olmaq üçün yaxşı şərait vardır. İdman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdman, eyni zamanda, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox mühüm vasitədir, mühüm amildir. Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər. Bunu etmək üçün bütün tədbirlər görülür. Bax, bu gözəl Olimpiya mərkəzi, ondan sonra Ağdaşda bir müddət bundan əvvəl istifadəyə verilmiş musiqi məktəbinin fəaliyyəti ilə bu gün tanış oldum. Orada gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə olunacaqlar, milli musiqi mədəniyyətimizi dərindən öyrənəcəklər, ölməz musiqi əsərlərimizi yaşadacaqlar.

Ağdaşın hərtərəfli inkişafı üçün başqa tədbirlər də görülür. Bu gün Ağdaşın su təchizatını təmin etmək üçün birinci mərhələnin açılışını qeyd etdik. Ağdaşa artıq təmiz içməli suyun verilməsi təşkil ediləcəkdir. İkinci mərhələnin başa çatması nəticəsində su-kanalizasiya sistemi tamamilə yenidən qurulacaqdır. Bu da hər bir insan üçün çox vacib məsələdir. Bu gün, eyni zamanda, Ağdaşda tikiləcək yeni müasir, böyük xəstəxananın təməl daşı qoyulacaqdır. Bu da rayonun tələbatını təmin etmək üçün çox vacib məsələdir. Yeni yarımstansiya istifadəyə veriləcəkdir. Yəni ki, bax bu gün rayonda nəzərdə tutulmuş tədbirlər əslində bütün sahələri əhatə edir - təhsil, idman, səhiyyə, su və elektrik enerjisi təchizatı. Bax, Azərbaycan bu cür inkişaf edir.

Növbəti illərdə bizim bütün planlarımız, gələcək planlarımız da icra olunacaqdır. Çünki bunu deməyə əsas odur ki, bu günə qədər bütün görülən işlər planlı şəkildə aparılır, proqram üzrə aparılır. Regionların sosial-iqtisadi inkişafı proqramı 2004-2008-ci illərdə tam başa çatıb. Biz yeni proqramın icrası üzərində işləyirik. Regionların gələcək inkişafının təminatı - həm maliyyə, həm texniki təminatı tam təşkil edilibdir. İnfrastruktur layihələri, sosial obyektlər, məktəblər, xəstəxanalar. Hər bir bölgə üçün xüsusi, konkret plan vardır və biz bu plan əsasında irəliyə gedirik.

Son illər ərzində Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olubdur. Hətta 2009-cu ildə, baxmayaraq ki, böhran bizə də təsir edib, yenə də Azərbaycan dünya miqyasında birinci ölkə olubdur. Dünya miqyasında birinci olmaq çox çətin məsələdir. İqtisadi inkişaf sahəsində dünya miqyasında birinci olmaq, əlbəttə ki, asan məsələ deyildir. Bunun səbəbi bizim apardığımız siyasətdir. Bunun səbəbi islahatlar, düşünülmüş siyasət, vaxtında atılmış addımlar və ölkəmizin hərtərəfli inkişafıdır. Əgər bu olmasaydı, əgər biz ancaq iqtisadiyyatımızın bir sektoruna üstünlük verib başqa sahələri kənarda qoysaydıq, bu gün inkişafdan söhbət gedə bilməzdi. Bax bu reallıqları bizim üçün məhz hərtərəfli inkişaf, regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məsələləri yaradır.

Mənə bu yaxınlarda verilən məlumata görə, hətta 2010-cu ildə də Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə artır və bu da bizi əlbəttə ki, sevindirir. Biz bu inkişafı nəinki statistik göstəricilərdə, gündəlik həyatda görürük. Görülən işlər bunun bariz nümunəsidir. Mən çox şadam ki, Ağdaşda işlər yaxşı gedir, gözəl obyektlər istifadəyə verilir. Əminəm ki, növbəti illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində əsas məsələlər, sosial-iqtisadi məsələlər öz həllini tapacaqdır. Bu proqramın 2013-cü ildə başa çatması nəzərdə tutulur. Əminəm ki, o vaxta qədər bütün əsas məsələlər öz həllini tapacaqdır.

Biz sizinlə bundan sonra da görüşəcəyik. Əminəm ki, Ağdaşda gözəl açılışlar hələ çox olacaqdır. Mən sizi bu gözəl hadisələr münasibətilə bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

Ağdaş ictimaiyyəti adından çıxış edən Şəhla HACIBALAYEVA ölkənin bütün regionlarına olduğu kimi, bu rayona da göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

-Ağdaşımıza xoş gəlmisiniz, möhtərəm cənab Prezident.

Siz gəlişinizlə bu soyuq, şaxtalı qış günündə hər birimizin qəlbinə bir hərarət, bir istilik bəxş etdiniz.

Möhtərəm cənab Prezident, bu gün təntənəli açılışına yığışdığımız möhtəşəm Olimpiya-İdman Kompleksi sizin ağdaşlılara bəxş etdiyiniz növbəti hədiyyədir. Bu idman kompleksində uşaqlarımızın daha sağlam böyüməsi üçün mühüm işlər görüləcəkdir. Elə bu gün Ağdaşımızda Sizin xeyir-duanızla təməli qoyulan 100 çarpayılıq möhtəşəm xəstəxana ağdaşlılara çox böyük töhfədir. Sağlam insanlar yetişməlidir, xəstəxanalar tikilir. Gələcəyimiz üçün savadlı balalarımız böyüməlidir, yeni-yeni məktəblər öz qapılarını övladlarımızın üzünə açır. İnsanlarımızın normal yaşamaları üçün hər bir şərait yaradılmalıdır, içməli su xətləri çəkilir, yollar salınır, qaz, enerji - insanların gündəlik tələbatı üçün lazım olan hər bir şərait yaradılır. Bütün bunlara görə Sizə ürəkdən təşəkkür edirik.

Möhtərəm cənab Prezident, bu gün Sizinlə çiyin-çiyinə fəaliyyət göstərən Mehriban xanımın adı bir şəfqət, bir xeyirxahlıq rəmzi kimi səslənir. Onun təşəbbüsü ilə tikilən məktəb binalarında oxuyan övladlarımızın təhsilində və gələcək uğurlarında Mehriban xanımın öz rolu, öz dəsti-xətti vardır. Möhtərəm cənab Prezident, bax elə fəaliyyət göstərdiyim texniki-təbiət-humanitar təmayüllü gimnaziyanın həyata ikinci dəfə vəsiqə alması da məhz Mehriban xanımın adı ilə bağlıdır. Onun təşəbbüsü ilə təmir edilmiş və internat şagirdlərinin ixtiyarına verilmiş bu məktəb indi regionda analoqu olmayan gimnaziyaya çevrilmişdir.

Möhtərəm cənab Prezident, bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən bizə hədiyyə edilən musiqi məktəbi özünün səviyyəsinə görə kiçik bir konservatoriyanı xatırladır. Ona həmyerlimiz, sevimli kamança ustadı Habil Əliyevin adının verilməsi isə ağdaşlıların böyük sevincinə, fərəhinə səbəb olmuşdur.

Möhtərəm cənab Prezidentimiz, Sizin bütün fəaliyyətiniz nəticəsində hər bir problemimiz uğurla həll olunur. Bir çətin problemimiz var, o da Dağlıq Qarabağ problemidir. Bu gün Siz Qarabağımızın haqq səsini bütün dünyaya yayırsınız. Bu yolda göstərdiyiniz cəsarət, qətiyyət, məğrurluq, səbir, təmkin hər birimizin qəlbini fərəh hissi ilə doldurur və səbirsizliklə gözlədiyimiz o böyük Qələbənin artıq yaxınlaşdığını göstərir.

Möhtərəm cənab Prezident, bu gün Siz ulu öndərimiz tərəfindən bizə ərməğan qalmış müstəqil Azərbaycanımızı böyük uğurla böyük inamla, cəsarətlə işıqlı sabahlara doğru aparırsınız. Bu yolda biz daim sizinləyik, Sizə inanır, Sizə güvənir və bu yolda böyük uğurlar əldə etməyinizi arzulayırıq.

Möhtərəm cənab Prezident, qəlbimdə bir sözüm də vardır. Sizin Ağdaşa ilk səfərinizdən sonra şəhərimizdə çoxlu sayda abidələr ucaldı. Mən bütün çıxışım boyu bu abidələr haqqında söhbət açdım. Ancaq o abidələrin ən möhtəşəmi, ən gözəli haqda heç bir söz demədim. O, Sizin ağdaşlıların qəlbində ucaltdığınız abidədir. Zaman keçəcək, Sizin bu tarixi səfərinizdən sonra Ağdaşımız daha da inkişaf edəcək, daha da gözəlləşəcəkdir. Onun simasını daha əzəmətli abidələr bəzəyəcəkdir. Ancaq o abidələrin heç biri Sizin qəlbimizdə ucaltdığınız abidəyə çata bilməyəcəkdir.

Möhtərəm cənab Prezident, Sizə, Mehriban xanıma, ailənizin bütün üzvlərinə Allahdan möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, səadət, işlərinizdə isə uğurlar, uğurlar yenə də uğurlar arzu edirəm. Tanrı Sizi qorusun!

X X X

Sonda ictimaiyyətin nümayəndələri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır