AĞDAŞDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALINDA XEYLİ ARTIM OLMUŞDUR
Ağdaş, 15 yanvar (AZƏRTAC). 2008-ci ildə Ağdaş rayonunda kənd təsərrüfatı məhsullarının istehsalında xeyli artım müşahidə olunmuşdur.
Rayon statistika idarəsindən bildirmişlər ki, ötən il 43 min 347 ton taxıl, 15 min 975 ton qarğıdalı, 1.700 ton çəltik, 566 ton paxla, 9.985 ton kartof, 54 min 142 ton tərəvəz, o cümlədən 14 min 626 ton kələm, 4.897 ton xiyar, 24 min 717 ton pomidor, 3.616 ton soğan, 1.233 ton sarımsaq və 21 min 233 ton bostan məhsulları istehsal edilmişdir. Həmçinin, ötən il 19 min 123 ton meyvə toplanmışdır ki, onun da 2.396 tonu üzümdür. 2007-ci illə müqayisədə ötən il 4.848 ton çox taxıl, 1.335 ton çox bostan məhsulları, 6.902 ton çox tərəvəz, 1.978 ton çox meyvə istehsal olunmuşdur.
Hazırda Ağdaşda 1.394 hektar meyvə bağı vardır ki, onun da 1.138 hektarı bar verən ağaclardan ibarətdir. Ötən il 3.691 hektar sahədə tərəvəz məhsulları yetişdirilmiş, bunun da 1.514 hektarını pomidor məhsulu təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]