Ağdərənin doqquz kəndinin işğalından 25 il keçir
Bərdə, 12 mart, AZƏRTAC
Ağdərə rayonunun 9 kəndinin Ermənistan hərbi birləşmələri tərəfindən işğalından 25 il ötür. 1992-ci il martın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən strateji əhəmiyyətə malik Xankəndi - Ağdərə yolu üzərində yerləşən Sırxavənd, Bəşirlər, Qaraşlar, Manikli, Tellibinə, Xatınbəyli, Talalar, Orta Güney və Baş Güney kəndləri işğal edilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar həmin kəndlərdən olan məcburi köçkünlər, müharibə veteranları və şəhid ailələrinin üzvləri Bərdə rayonundakı Şəhidlər Xiyabanını ziyarət ediblər. İştirakçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər qoyub, xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Çıxış edənlər 25 il əvvəl baş vermiş hadisələri xatırladıb, ermənilərin Qarabağda həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışıblar. Doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini deyən məcburi köçkünlər işğal altında olan torpaqlarımızı azad etmək üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə hər an silaha sarılmağa hazır olduqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [17:59]
Zəngilanın Məmmədbəyli kəndində torpaqlar əkin məqsədilə istifadəyə verilir
- 12.02.2026 [17:31]
Qəbələyə ən çox hansı ölkədən turist gəlir?
- 12.02.2026 [17:23]
BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb VİDEO
- 12.02.2026 [16:57]
Göyçayın İkinci Ərəbcəbirli kəndində içməli su təminatı yaxşılaşdırılıb
- 12.02.2026 [16:25]
Fermerlərə subsidiya ödənişlərinə başlanılır
- 12.02.2026 [16:13]