Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Bakı, 21 avqust, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Quba rayonu ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ülvi Rəcəb küçəsi, Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi, Binəqədi rayonu 7-ci mikrorayon İlham Hacıyev küçəsi, Gəncə şəhəri Nağı bəy Şeyxzamanlı küçəsi, Quba şəhəri və Quba rayonunun Qəçrəş kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 81 min 820 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [18:35]
Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb
- 21.08.2026 [18:11]
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib
- 21.08.2026 [17:52]
Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək
- 21.08.2026 [17:51]
Samuxda zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
- 21.08.2026 [15:47]