Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb
Bakı, 21 avqust, AZƏRTAC
İşğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində avqustun 21-də mina partlayışı baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilir ki, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [18:43]
Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 21.08.2026 [18:11]
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib
- 21.08.2026 [17:52]
Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək
- 21.08.2026 [17:51]
Samuxda zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
- 21.08.2026 [15:47]