Agentlik: Sosial Xidmət mərkəzlərindən yararlanmaq istəyənlər müraciət edə bilərlər
Bakı, 17 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İxtisaslaşmış Sosial Xidmət mərkəzlərində hazırda 306 şəxsə yarımstasionar formada xidmət göstərilir.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, bu mərkəzlərdə əlilliyi olan uşaqlarla yanaşı, zorakılığın müxtəlif növlərinə məruz qalan, sosial xidmətə ehtiyacı olan, eləcə də repatriasiya edilmiş şəxslər sosial reabilitasiya xidmətlərindən yararlanırlar.
Agentliyin mütəxəssisləri xüsusi qayğıya ehtiyacı olan uşaqları sosial-psixoloji, sosial-pedaqoji, loqopedik və aktiv terapiya xidmətlərinə cəlb edirlər.
Bununla yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də sosial adaptasiyası məqsədilə bir çox fəaliyyətlər həyata keçirilir, uşaqların valideynləri üçün valideynlik bacarıqlarının artırılması istiqamətində təlimlər təşkil edilir.
Agentliyin ölkə üzrə 5 Sosial Xidmət Mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və 1 Sosial Xidmət Kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir.
Mərkəzlərdə göstərilən xidmətlərdən yararlanmaq istəyən şəxslər Sosial Xidmətlər Agentliyinə və agentliyin müvafiq filiallarına müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:07]
Ötən gün 61 cinayətin açılması təmin olunub
- 02.10.2026 [11:03]
Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub
- 02.10.2026 [10:55]
Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir
- 02.10.2026 [10:23]
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
- 02.10.2026 [10:15]
“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [21:07]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:35]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:15]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [20:01]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:51]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:33]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [19:30]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [19:17]