Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ağıllı şəhər” konsepsiyası nədir və hansı sahələri əhatə edir? - Araşdırma

“Ağıllı şəhər” konsepsiyası nədir və hansı sahələri əhatə edir? -  Araşdırma

Bakı, 24 aprel, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin 2018-ci ildə apardığı araşdırmaların nəticələrinə görə, 1950-ci illərdə dünya əhalisinin təxminən 30 faizi şəhər yerlərində yaşayırdı. 2014-cü ildə bu rəqəm 55 faizə yüksəldi. Bu tədqiqatlara əsasən, 2030-cu ilədək dünya əhalisinin 60 faizi, 2050-ci ilədək isə 70 faizinin müasir şəhərlərdə məskunlaşacağı proqnozlaşdırılır. Mütəxəssislərin fikrincə, Urbanizasiyanın qarşısını almaq mümkün olmayacaq. İnsanların şəhərə axını həmişə olduğu kimi, davam edəcək. Ona görə də həyat tərzini rahatlaşdırmaq lazımdır. Belə vəziyyətdə urbanizasiyanın qarşısını almağın yeganə yolu “ağıllı” kənd və şəhərlər ola bilər.

“Ağıllı şəhər”lər məhsuldarlığı artırmaq, sakinlərin xidmət və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün son model texnologiyalardan istifadə edilən şəhərlərdir. “Ağıllı şəhər” davamlı şəhər inkişafını təşviq etmək üçün ənənəvi infrastrukturun müasir texnologiya ilə peşəkarlıqla birləşməsidir. Buradakı əsas ideya resurslardan maksimum istifadə etməklə şəhərdə yaşayan və işləyən insanlar üçün gündəlik həyatı asanlaşdırmaq və daha da yaxşılaşdırmaqdır.

Bu gün dünyada bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin şəhərləri sabahın “ağıllı şəhər”ləri olmağa çalışır. Bəs “ağıllı şəhər”lər ilk dəfə harada yaranıb? Dünyanın ilk “ağıllı şəhər”i ABŞ-ın Kolorado ştatında yerləşən və əhalisi yüz min nəfər olan Boulderdir. Şəhərdə yerləşən 50 minə yaxın binada effektiv və ekologiya baxımından zərərsiz cihazlardan, o cümlədən günəş panellərindən, ağıllı işıqlandırma, havalandırma sistemlərindən istifadə edilib. Son on il ərzində bir çox şəhərlər “Ağıllı şəhər” layihələrinin reallaşdırılması istiqamətində bir sıra uğurlu addımlar atmağa nail olublar. Barselona, Sinqapur, Santander, Çikaqo, San-Dieqo, San-Fransisko kimi şəhərlərdə “ağıllı şəhər” konsepsiyası uğurla tətbiq olunub. 2017-ci ildə isə İsveçin Stokholm Şəhər Şurası 2040-cı ilədək paytaxtın dünyanın ən “ağıllı şəhər”i olmasını hədəfləyən yol xəritəsi təsdiqləyib. Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir?

AZƏRTAC ölkəmizdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası istiqamətində görülən bəzi işlərə nəzər salır.

Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Prezident İlham Əliyev 2021-ci il aprelin 19-da “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı bildirib ki, azad edilmiş ərazilərdə şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır.

Erməni işğalçılarından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün planlı şəkildə, “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Dövlət artıq bu istiqamətdə konkret addımlar atır, nəhəng quruculuq və yenidənqurma işləri həyata keçirilir. 2022-ci il mayın 27-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılış mərasimi olub. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub, “ağıllı kənd” konsepsiyasının hər üç komponenti - ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.

Milli Məclisin deputatı Vüqar Bayramov AZƏRTAC-a açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” prinsipinə uyğun qurulur. Artıq Ağalı kəndində “ağıllı kənd” prinsipinə uyğun olaraq yaşayış məntəqəsi salınıb. Eyni zamanda, digər bölgələrimizdə, o cümlədən Ağdam, Füzuli rayonunun Dövlətyarlı kəndində “ağıllı şəhər” və “ağıllı kənd” prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin inşası həyata keçirilir.

“Təbii ki, “ağıllı şəhər” və “ağıllı kənd” bu gün dünya praktikasında öz təsdiqini tapmış yanaşmadır. Artıq Avropada və bir sıra digər ölkələrdə məhz bu praktikadan istifadə olunur. Həm idarəetmənin çevikliyinin, həm də şəffaflığının artırılması baxımından “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası çox vacibdir. Bu, eyni zamanda, vətəndaşların kommunal xidmətlərə əlçatanlığını asanlaşdırır. Çünki “ağıllı şəhər” və “ağıllı kənd” prinsipində kommunal, sosial xidmətlərə əlçatanlıq daha yüksək olur. Daha qısa müddətdə sosial xidmətləri daha keyfiyyətli şəkildə əldə etmək imkanları yaranır. Bu, həmçinin fərqli sektorların - sənaye, aqrar sahələrin inkişafı üçün də yaxşı imkanlar yaradır. Ona görə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində artıq reallaşan “ağıllı kənd”, “ağıllı şəhər” modeli gələcəkdə digər bölgələrimizdə də tətbiq oluna bilər. Bu, bütövlükdə Qafqazda yaşayış məntəqələrinin qurulması və məskunlaşma baxımından yeni və xüsusi bir yanaşmadır”, - deyə Milli Məclisin deputatı əlavə edib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “ağıllı şəhər” konsepsiyasını əhatə edən xidmətlərlə bağlı məlumatları AZƏRTAC-la bölüşüb. O bildirib ki, “ağıllı şəhər” konsepsiyasının əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Mütəxəssis bu xidmətlərdən bəzilərini qeyd edib:

Nəqliyyatın intellektual idarəetmə sistemləri yol hərəkətinin, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsidir. Böyük şəhərlərdə nəqliyyat sistemi şəhər sakinlərinin gündəlik həyatına böyük təsir göstərir. İqtisadi və fiziki məhdudiyyətlər səbəbindən bir çox hallarda infrastrukturu yaxşılaşdıraraq nəqliyyatın hərəkətini optimallaşdırmaq mümkün olmur. Bunun əvəzinə ağıllı sensorlar və rabitə infrastrukturunun inteqrasiyası ilə qabaqcıl planlaşdırma və nəzarət vasitələrindən istifadə edərək nəqliyyat şəbəkəsini daha səmərəli etmək olar. Nəqliyyat sisteminin daha çox səmərəli, ətraf mühitə uyğun, rahat və təhlükəsiz edilməsinə doğru ilk addım vəziyyəti istənilən vaxt qiymətləndirmək və gələcək davranışları proqnozlaşdırmaqdır. Çoxlu sayda sensorlardan istifadə edərək dəqiq qiymətləndirmə və proqnozlaşdırma nəqliyyatın hərəkətini proaktiv şəkildə idarə etməyə imkan verir ki, bu da səmərəliliyi artıraraq tıxacları əhəmiyyətli dərəcədə azalda bilər.

İctimai nəqliyyatın idarə edilməsi şəhərin müxtəlif nöqtələrində quraşdırılmış izləmə cihazlarının köməyi ilə sərnişinlərin mobil tətbiqetmələr və ictimai nəqliyyat dayanacaqlarındakı elektron məlumat lövhələri vasitəsilə gəliş vaxtı barədə məlumatlandırılmasını nəzərdə tutur. Bütün ictimai nəqliyyat vasitələri vahid verilənlər bazasında birləşdirilə bilər ki, bu da onların bir-biri ilə ünsiyyət qurmalarını və istifadəçiləri gəliş vaxtları barədə xəbərdar etmələrini təmin edir. Mobil tətbiqetmələr qatarların, avtobusların və digər ictimai nəqliyyat növlərinin gediş müddətlərini təxmin etməklə yanaşı, hər bir marşrut üçün vaxtı müəyyənləşdirməli və hər hansı fövqəladə vəziyyətdə alternativ yol təqdim etməlidir. İctimai nəqliyyatın səmərəli fəaliyyəti fərdi nəqliyyat vasitələrindən istifadəni də minimuma endirər.

“Ağıllı parkinq” dayanacaq yerlərinin monitorinqi, sürücülərə boş yerlərin mövcudluğu barədə məlumat verilməsini, parklama pozuntularının aşkarlanması və onlayn park ödənişini nəzərdə tutur. Şəhərlər inkişaf etdikcə park yeri tapmaq daha da çətinləşir. Sürücülər park yeri axtarmağa çox vaxt sərf edirlər. Sensorlar mövcud park yerlərini aşkar edərək və tətbiqdən istifadə edərək sürücüləri oraya yönəltməklə park axtarışı müddətinin, yanacaq istehlakının, karbon qazı emissiyalarının və parklama pozuntularının azalmasına kömək edə bilər.

“Ağıllı işıqlandırma” avtomobillərin və ya insanların hərəkətinə, hava şəraitinə və yaşayış sahəsinə uyğun küçələrin və yaşayış məntəqələrinin işıqlandırılmasının avtomatik tənzimlənməsini ehtiva edir. Sensorların köməyi ilə toplanan məlumatlara uyğun olaraq işığın yanması, sönməsi və parlaqlıq səviyyəsi tənzimlənir. Digər tərəfdən lampaların LED (light-emitting diode) küçə işıqları ilə dəyişdirilməsi daha yaxşı işıqlandırmanı təmin edir və enerji istehlakını 50 faizdən çox azaldır.

Tullantıların ağıllı idarə olunması - Şəhərlərdə tullantıların toplanması prosesi çox mürəkkəbdir və çoxlu resurslar tələb edir. Mövcud sistemlərin əksəriyyəti şəhər tullantılarının toplanması üçün qutuların dolu olub-olmamasından asılı olmayaraq, əvvəlcədən təyin edilmiş bir marşrut üzrə hərəkət edir və tullantıları təkrar emal üçün toplayırlar. Tullantıların ağıllı idarə olunması həlləri isə qutuların dolma səviyyələrini ölçmək və konteynerlər boşalmağa hazır olduqda şəhər tullantılarının toplanması xidmətlərini xəbərdar etmək üçün konteynerlərdə yerləşdirilmiş sensorlardan istifadə edir. Zamanla sensorlar tərəfindən toplanan məlumatlar sürücü marşrutlarını və cədvəllərini optimallaşdırmaq, həmçinin əməliyyat xərclərini azaltmaq üçün istifadə edilə bilər.

Ağıllı nəzarət sistemi - Təhlükəsizlik vətəndaşlar nöqteyi-nəzərindən “ağıllı şəhər”lərin ən vacib elementidir. Bu məqsədlə bütün şəhər davamlı izlənilməli, müşahidə edilməli və cinayət əməlləri dərhal aşkarlanmalıdır. “Ağıllı video nəzarət həlləri” süni intellekt texnologiyaları vasitəsilə avtomobil nömrələrinin tanınması, nəqliyyat vasitələrinin izlənməsi, üz tanıma kimi halları özündə birləşdirir. Üz tanıma şübhəli və ya izləmə siyahısında olan insanları izdihamın içərisindən müəyyən etməyə imkan verir. Cinayətkarlığın vaxtında aşkarlanması, insanların çox olduqları ictimai yerlərdə baş verən qanunsuzluqların və ya bədbəxt hadisələrin müşahidə olunması və təhlili “ağıllı şəhər” təhlükəsizliyinin vacib istiqamətlərindəndir. Beləliklə, ağıllı kameralar və videoanalitiklər vasitəsilə hər şey nəzarət altında olur.

“Ağıllı sayğac” - Avtomatik sayğac oxuması suyun, elektrik enerjisinin və təbii qazın istehlakı məlumatlarının real vaxt rejimində uzaqdan izləmə və hesablaşma məqsədilə istehlakçıya və təchizatçıya ötürülməsi üçün istifadə olunur. “Ağıllı sayğac”lar suyun, elektrik enerjisinin və təbii qazın istifadəsini və ya oğurluqları qısa müddət ərzində və real vaxt rejimində ölçə və hesabat verə bilər.

“Ağıllı su idarəetməsi” - BMT-nin hesabatlarına görə, su çatışmazlığı 2025-ci ilədək dünya əhalisinin təxminən 20 faizinə birbaşa təsir göstərəcək, dolayısı ilə planetin qalan sakinlərinə, ümumiyyətlə, iqtisadiyyata və ekosistemlərə mənfi təsir edəcək. “Ağıllı su sistemləri” bu proqnozların qarşısını almağa və su ehtiyatlarından səmərəli istifadə nəticəsində vurulmuş ziyanı aradan qaldırmağa kömək edə bilər. Bu gün ağıllı su texnologiyası şirin su anbarından başlayaraq çirkab sularının toplanmasına və təmizlənməsinə qədər bütün su təchizatı zəncirinə nəzarət edir. Ağıllı su ehtiyatları idarəetməsində müxtəlif sensorlardan geniş istifadə olunur. Su təchizatı zəncirinin müxtəlif nöqtələrindəki sensorlar tərəfindən generasiya olunan məlumatlardan istifadə edərək “ağıllı sayğac”lar və monitorinq mərkəzləri su istehlakını real vaxtda ölçür, həddindən artıq istifadə və tullantı nöqtələrini müəyyənləşdirməyə kömək edir, istifadə qaydalarını tənzimləyir və gələcək istehlak üçün proqnozlar verir.

Məmməd Həşimov bildirib ki, “ağıllı şəhər”lərin problemlərin həllinə əhəmiyyətli təsir göstərməsinə baxmayaraq, onun yaradılmasının infrastruktur, şəbəkə, təhlükəsizlik kimi problemləri də var. Bir çox tədqiqat mərkəzlərində “ağıllı şəhər” konsepsiyasının elmi-nəzəri problemlərinin həlli istiqamətində intensiv tədqiqat işləri aparılır. “Ağıllı şəhər”in qlobal problemlərini qiymətləndirməyə yönəlmiş bu tədqiqatlar “ağıllı” bir şəhərin yaradılmasından əvvəl və sonrakı çətinlikləri əhatə edir. Bu səbəbdən də “ağıllı şəhər” layihələri bir çox şəhərlərdə hələlik inkişaf mərhələsindədir. Bu konsepsiyanın xərclərə qənaət etməsini və səmərəliliyini sübuta yetirmək üçün zamana ehtiyac var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb