AĞIR OYUNCAQLAR AMERİKALI UŞAQLARI PİYLƏNMƏDƏN XİLAS EDƏCƏK
Alimlər bildirirlər ki, ABŞ-da uşaqların ümumi fiziki fəallıq səviyyəsinin azalması son 20-30 ildə ölkəni bürüyən piylənmə və artıq çəki epidemiyasının qarşısının alınmasına əhəmiyyətli töhfə verir. Onlar hesab edirlər ki, oyuncaqların çəkilərinin cüzi qaldırılması bu problemin həllinə qismən kömək edəcəkdir. Tədqiqatda orta yaş dərəcəsi 7,5 il olan 10 oğlan və qız iştirak etmişdir. Təsadüfi qaydada iki qrupa bölünən uşaqlar 10 dəqiqə ərzində kiçik karton blokları bir yerdən başqa yerə qoymuşlar. Qrupun birində 0,1 kiloqramlıq blokun çəkisi 1,55 kiloqramadək artırılmışdı.
Məlum olmuşdur ki, daha ağır bloklarla 10 dəqiqə məşq ürək yığılmaları ritmini xeyli artırır, maddələr mübadiləsini sürətləndirir və daha çox enerji sərfinə şərait yaradır.
Artıq çəkili oyuncaqlar skelet əzələlərinin inkişafında anadangəlmə qüsurla doğulmuş uşaqlara da fayda verə bilər. Layihənin əlaqələndiricisi Con Ozmunun fikrincə, yeni oyuncaqların uşaq üçün təhlükəsiz və cəlbedici qalmasından ötrü müəyyən səylər göstərmək lazımdır. Ozmun zədə almaq ehtimalı olduğu üçün uşaq oyuncaqlarının çəkisini müstəqil artırmağı valideynlərə məsləhət görmür.