Ağsuda ulu öndər Heydər Əliyevin doğum günü bayram kimi qeyd olunmuşdur
Ağsu, 10 may (AZƏRTAC). Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Ağsuda təntənəli şəkildə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, səhər tezdən şəhər sakinləri bayramsayağı bəzədilmiş Heydər parkına axışırdılar.
Ümummilli liderin abidəsi önünə əklil və çiçəklər qoyulduqdan, Heydər Əliyev mərkəzi ilə tanışlıqdan sonra rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ulu öndərin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar nitq söyləmişdir. Natiq xalqımızın dahi oğlu, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti barədə müfəssəl məlumat vermişdir.
Tədbir iştirakçıları parkda ümummilli liderə həsr olunmuş kitablardan ibarət sərgiyə, uşaq yaradıcılıq mərkəzi şagirdlərinin əl işlərinə maraqla baxmışlar.
Yerli musiqiçilərin iştirakı ilə bayram konserti olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]