Ağsunun ucqar dağ kəndində yanğın olub
Ağsu, 7 fevral, AZƏRTAC
Fevralın 7-də Ağsu rayonunun ucqar dağ kəndi olan Kalvada yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyi (FHN) Ağsu yanğından mühafizə hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, hadisə gündüz saat 15 radələrində Zahid Nuriyevin həyətindəki çardaqda, bağlı ot tayasında olub.
Hadisə yerinə Ağsu və Şamaxı yanğından mühafizə hissələrindən ümumilikdə 11 nəfər şəxsi heyət və 2 yanğınsöndürən maşın gəlib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun yaxınlıqdakı evə və mal-qara saxlanan tövləyə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq çardağın xeyli hissəsi və 2,2 ton bağlı otun yarıya qədəri yanıb. Hazırda yanğının tamamilə söndürülməsi üçün səylər davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:48]
Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb
- 10.06.2026 [13:42]
Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib
- 10.06.2026 [13:32]
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
- 10.06.2026 [12:01]
Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü
- 10.06.2026 [11:54]
Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO
- 10.06.2026 [11:30]
Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar
- 10.06.2026 [11:23]