AHİK ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar aztəminatlı ailələrə sovqat göndərəcək
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə və Prezident İlham Əliyevin aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə müvafiq olaraq, həmin kateqoriyaya daxil olan ailələrə sovqat paylanması qərara alınıb.
AHİK-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qərara əsasən, 76 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında məskunlaşan 5000 ailəyə ərzaq sovqatı göndəriləcək.
Qeyd edək ki, 2020-ci il aprelin 29-da və bu il martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası maddi və mənəvi yardım məqsədilə respublikanın bütün şəhər və rayonlarında yaşayan 3900 ailəyə 68 ton ərzaq sovqatı çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:34]
Özbəkistan üçün tarixi məqam
- 18.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 18.06.2026 [11:57]
Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq
- 18.06.2026 [11:19]