AK Parti bələdiyyə seçkilərində İstanbul üçün namizədini açıqlayıb
İstanbul, 7 yanvar, AZƏRTAC
Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bəzi namizədləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, namizədləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən tədbirdə elan edib.
Türkiyə Prezidenti partiyasının İstanbul bələdiyyəsinin sədri vəzifəsinə sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurumun namizədliyini irəli sürdüyünü açıqlayıb. Ərdoğan AK Partinin namizədləri məsləhətləşmə, araşdırma və qiymətləndirmədən sonra müəyyən etdiyini vurğulayaraq, partiyasının seçki bəyannaməsinin yanvarın 15-də açıqlanacağını deyib.
Dövlət başçısı 11-i böyük şəhər olmaqla 26 şəhər üzrə partiyasının namizədlərini açıqlayıb. Digər böyük şəhərlər arasından Çanaqqala bələdiyyəsinin sədri vəzifəsinə deputat Jülide İskenderoğlu, Bursa bələdiyyəsinin sədri vəzifəsinə isə Alinur Aktaş göstərilib.
Ədalət və İnkişaf Partiyası bələdiyyə seçkilərinə “Yenidən İstanbul, yenidən AK Parti” şüarı ilə qatılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]