Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik: Müalicəvi Naftalan nefti yenidən, ən müasir üsullarla tədqiq olunacaq

Akademik: Müalicəvi Naftalan nefti yenidən, ən müasir üsullarla tədqiq olunacaq

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə 2024-cü il sentyabrın 28-də Sərəncam imzalayıb.

“Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam çox vacib sənəddir. Sərəncamdan irəli gələn məsələləri həll etmək üçün müalicəvi Naftalan nefti, onun tərkibi, tibbdə istifadəsi və təmizlənmə texnologiyasına aid məlumatlar ciddi toplanmalı, təhlil edilməli və gələcək işlər üçün xüsusi proqramlar hazırlanmalıdır.

AZƏRTAC mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun müsahibəsini təqdim edir.

-Vaqif müəllim, sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı Sərəncamın əhəmiyyəti nədən ibarətdir?

-Bu gün Azərbaycan bütün istiqamətlərdə inkişaf edir. Ölkəmiz tam suverenlik əldə edib. Bölgələrimiz turizm üçün olduqca cəlbedicidir. Təsadüfi deyil ki, ölkəmizə gələn turistlərin sayı hər il kəskin artır. Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük imkanlar var. Dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin dünya miqyasında daha yaxşı tanıdılması, onun əsasında dərman vasitələrinin, tibbi vasitələrin və kosmetik vasitələrin yaradılması, yeni müalicə üsullarının işlənib-hazırlanması, vanna üsulu ilə istifadə edilmiş neftin əsasında yuxarıda qeyd olunan vasitələrin istehsalının təşkili də çox önəmlidir. Qeyd olunan Sərəncamın müalicəvi Naftalan neftinin daha səmərəli istifadəsində olduqca böyük təsiri olacaq. Müalicəvi neft yenidən, ən müasir üsullarla tədqiq olunacaq, onun struktur-qrup tərkibi və fiziki-kimyəvi xassələri daha dəqiq tədqiq olunacaq, müasir təmizlənmə texnologiyası işlənib-hazırlanacaq, eyni müalicəvi neftin vanna üsulu ilə istifadəsinin maksimum istifadə müddəti müəyyən ediləcək. Həmçinin Naftalan nefti əsasında tam zəhərsiz və konserogen komponentləri olmayan “Ağ Naftalan yağı” və onun əsasında vasitələr hazırlanacaq. Bundan əlavə, həmin vasitələr bir mənbədə hazırlanacaq, mikrobioloji və tibbi tədqiqatlar üçün elmi-tədqiqat mərkəzlərinə veriləcək, alınan nəticələr daha dəqiq olacaq.

-Bu neftin müalicəvi əhəmiyyəti nədən ibarətdir və sağlamlıq turizminin inkişafına hansı müsbət təsir göstərə bilər?

-Qeyd etmək istərdim ki, keçən əsrin 40-cı illərinə qədər Naftalan neftinin müalicəvi təsiri haqqında irəli sürülən müxtəlif nəzəriyyələrin heç biri müalicəvi təsirin nədən asılı olduğunu düzgün göstərə bilməyib. Bu sahədə əsaslı tədqiqatlar dahi alim, akademik Yusif Məmmədəliyev tərəfindən başlanıb və 1946-cı ildə o, müalicəvi neftin təsir mexanizmi haqqında mükəmməl nəzəriyyənin mahiyyətini keçmiş SSRİ-nin Elmlər Akademiyasının “Xəbərlər” jurnalında çap olunan məqaləsində verib. O, elmi əsaslarla sübut edib ki, Naftalan neftinin müalicəvi təsiri onun tərkibində olan xüsusi quruluşlu, qısa yan zəncirli, çoxhəlqəli naften karbohidrogenləri ilə bağlıdır.

Y.Məmmədəliyev bu neftin fiziki-kimyəvi xassələrinin, struktur-qrup tərkibinin fundamental tədqiqi ideyasını irəli sürüb və ömrünün sonuna qədər bu tədqiqatlara rəhbərlik edib. Naftalan neftinin bu istiqamətdə tədqiqi 1965-ci ilə qədər yalnız Y.Məmmədəliyevin adını daşıyan Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ), 1965-1991-ci illərdə paralel olaraq akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda aparılıb, 1991-ci ildən əsasən NKPİ-də aparılır. Müalicəvi neftin struktur-qrup tərkibinin, fiziki-kimyəvi xassələrinin tədqiqi, təmizlənmə texnologiyasının işlənməsi sahəsində fundamental elmi tədqiqatlar akademiklər Yusif Məmmədəliyev, Əli Quliyev, Vaqif Abbasov, AMEA-nın müxbir üzvü Fəzilə Səmədova, professor Hacı Aşumovun ideyaları əsasında və rəhbərlikləri ilə aparılıb. Bu sahədə ilk fəlsəfə doktorluğu işi 1976-cı ildə NKPİ-də Ravil Babayev tərəfindən müdafiə olunub. 1979-cu ildə Əli Muradov Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdiyi elmi işi müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb.

-Hazırda rəhbərlik etdiyiniz elmi müəssisədə bu istiqamətdə hansı tədqiqatlar aparılır?

-Yuxarıda qeyd etdiyim kimi, müalicəvi Naftalan neftinin tədqiqi sahəsində fundamental elmi tədqiqatlar ölkəmizin müstəqilliyi dövründə əsasən NKPİ-də aparılır və bu sahəyə mən rəhbərlik edirəm. 2003-2024-cü illərdə institutumuzda aparılan tədqiqatlar əsasında bir çox dissertasiya işləri müdafiə olunub. Aparılan tədqiqatlar əsasında yaradılmış dərman vasitələri, tibb vasitələri və kosmetik vasitələrə aid 6 patent alınıb. Müalicəvi Naftalan neftinə və onun əsasında NKPİ-də yaradılmış vasitələrə texniki şərtlər hazırlanıb və təsdiq olunub. NKPİ-də yaradılmış “Ağ Naftalan yağı” 2014-cü ildə dərman vasitəsi kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyata alınıb, hazırda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tabe olan Təcrübə-Sənaye Zavodunda təcrübə-sənaye istehsalı təşkil olunub.

Qeyd etmək istərdim ki, institutumuzun 2 əməkdaşı Almaniyanın Münxen şəhərində müalicəvi Naftalan neftinin əsasında alınmış naften karbohidrogenləri fraksiyalarının struktur-qrup tərkibini və fiziki-kimyəvi xassələrini tədqiq ediblər. 2014-cü ildə dövlət sifarişi ilə müalicəvi Naftalan neftinə aid çəkilmiş sənədli filmin elmi məsləhətçisi olmuşam və bu film 2015-ci ildə Milanda dünya sərgisində təqdim olunub.

Hazırda müalicəvi Naftalan neftinin daha ekoloji təmiz təmizlənmə texnologiyasının və yüksəkkeyfiyyətli vasitələrin yaradılması sahəsində fundamental və tətbiqyönümlü tədqiqatlar davam edir.

Hesab edirəm ki, Sərəncamın icrası üçün təklif olunacaq iş proqramları əsasında müalicəvi Naftalan nefti dünya bazarlarına çıxa biləcək, rəqabətqabiliyyətli vasitələrin yaranmasına, kurort şəraitində müalicəvi neftin daha yüksək müalicəvi effektinə şərait yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb