Akkan Suver: Bakı şəhəri inkişafına görə Qafqazın Parisi adını qazanıb
İstanbul, 3 may, AZƏRTAC
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin “KobiEfor” elektron qəzetində “Yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev ilk səfərini Türkiyəyə etdi” sərlövhəli analitik məqaləsi yayılıb.
Məqalədə dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərində qazandığı möhtəşəm qələbə, bu siyasi zəfəri gerçəkləşdirən səbəblər, Azərbaycanın keçdiyi sosial-iqtisadi inkişaf yolu və s. barədə türkdilli oxuculara geniş məlumat verilir. Azərbaycanın müstəqil siyasət yürüdən, sülhsevər və çoxistiqamətli inkişaf yolunda olan dövlət olduğu vurğulanır. Bildirilir ki, Bakı şəhəri inkişafına görə Qafqazın Parisi adını qazanıb. Ölkənin bütün bölgələri sürətlə inkişaf edir.
Azərbaycanın həyata keçirdiyi beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən bəhs edən müəllif dövlətimizin başçısının prezidentliyinin yeni dövründə ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsinin artıq bur ənənəyə çevrildiyini vurğulayır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]