Aleksandar Vuçiç: Serbiya Kosovo ilə gərginliyin azaldılmasının tərəfdarıdır
Belqrad, 15 noyabr, AZƏRTAC
Serbiya Kosovo ilə mövcud gərginliyin azaldılmasının tərəfdarıdır.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak ilə görüşdə deyib.
Ölkəsinin dialoq tərəfdarı olduğunu bildirən A.Vuçiç Kosovonun şimalında məskunlaşan serblərin təhlükəsizliyi üçün gərginliyin azaldılmasını istədiklərini qeyd edib.
Serbiya Prezidenti, həmçinin regionda sülhün və sabitliyin qorunmasının vacibliyini vurğulayıb. Kosovoda daha çox serblərin yaşadığı bələdiyyələrdə Serb Bələdiyyələr Birliyinin yaradılmasının ölkəsinin prioritetləri sırasında olduğunu ifadə edib.
Qeyd edək ki, son dövrlərdə Belqrad və Priştina arasında gərginlik artıb. Hazırda tərəflər ABŞ və Aİ tərəfindən dəstəklənən və Fransa-Almaniya Planı kimi tanınan konsepsiya üzrə danışıqlar aparır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:29]
İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək
- 05.10.2026 [11:16]
Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb
- 05.10.2026 [11:02]
Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq
- 05.10.2026 [10:49]
Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb
- 05.10.2026 [10:48]
ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]