ALİMLƏR İNSANIN QUŞ QRİPİNƏ NADİR HALLARDA YOLUXMASININ SƏBƏBİNİ TAPMIŞLAR
Tədqiqatlar zamanı məlum olmuşdur ki, bu virusa daha çox uşaqlar yoluxa bilərlər, çünki onların tənəffüs yolları yaşlılardan xeyli qısadır. Buna görə də basillər təhlükəli zonaya asanlıqla düşür.
Mütəxəssislər quş qripinə yoluxanların yarısının nə üçün öldüyünün səbəbini də aydınlaşdırmışlar. Xəstəlik tənəffüs yollarının dərinliklərinə işləyir və ona görə də müalicə prosesi mürəkkəbləşir. Lakin insanların mütəmadi yoluxduqları adi qrip virusu tənəffüs yollarının yalnız yuxarı hissəsinə toxunur. Ona görə də, bir tərəfdən, asanlıqla müalicə olunur, digər tərəfdən, insandan insana maneəsiz keçir. H5N1 virusu dərində yerləşdiyi üçün onun insana keçməsi də çətinləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]