ALMANLAR ÖLKƏNİN SİYASİ SİSTEMİNDƏN NARAZIDIR
İqtisadi inkişafda təkamül və onun səmərəliliyinin artması, işsizliyin aradan qaldırılmasında nəzərəçarpan müsbət dəyişikliklərə baxmayaraq, rəyi soruşulanların yalnız 49 faizi ölkənin siyasi sistemindən razı qaldığını bildirmişdir. Bu, cari ilin sentyabr göstəricisinin (60 faiz) 11 faiz azalması deməkdir.
Respondentlər ölkədə sosial ədalətin qüsurlu inkişafından narazı qaldıqlarını xüsusilə nəzərə çarpdırmışlar. Rəyi soruşulanların 27 faizi ölkədə sosial ədalət prinsipinin hələ də qüsurlu yolda olduğunu bildirmişdir.
Rəyi soruşulanların 27 faizi “böyük koalisiya” iqtidar hökumətinin fəaliyyətindən razı (73 faizi - narazı) qaldığını ifadə etmiş, 35 faizi keçmiş “qırmızı-yaşıllar” koalisiyasının (65 faiz - narazı) fəaliyyətini daha səmərəli və qənaətbəxş qiymətləndirmişdir.
Respondentlər həmçinin sabiq kansler Gerhard Şröderin və indiki kansler Angela Merkelin hökumət başında fəaliyyətinin reytinqini müqayisə edib qiymətləndirmişlər. Nəticələr Angela Merkelin xeyrinə olmuşdur. Rəyi soruşulanların 39 faizi Angela Merkelin, 32 faizi isə Gerhard Şröderin öz vəzifəsinin öhdəsindən ləyaqətlə gəldiyini bildirmişdir.