ALTI AYDA AZƏRBAYCANDA ƏHALİNİN SAYI 46,1 MİN NƏFƏR ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ölkə əhalisinin sayı 2008-ci ilin birinci yarısında 46,1 min nəfər (0,5 faiz) artaraq iyulun 1-nə 8676 min nəfər olmuşdur. Əhalinin 4489 min nəfəri və ya 51,7 faizi şəhər, 4187 min nəfəri (48,3 faiz) kənd sakinləridir. Ölkə əhalisinin 49,3 faizini kişilər, 50,7 faizini qadınlar təşkil edir.
Əhalinin orta yaşı 32, ömür uzuluğu 72,4 yaş, o cümlədən kişilərdə 69,7, qadınlarda 75,1 yaş təşkil edir.
Cari ilin yanvar-iyununda ölkədə 73,6 min, təxminən gündə 404 körpə dünyaya gəlmiş, əhalinin hər min nəfərinə hesabı ilə doğulanların sayı 17 nəfər olmuşdur. Körpələrin 756-ı əkiz, 12-i üçəmdir. Doğulan uşaqlara ən çox qoyulan oğlan adları Əli, Murad, Məhəmməd, Hüseyn və Nihad, qız adları isə Fatimə, Nərmin, Zəhra və Nuray olmuşdur.
İlin əvvəlindən ölkədə 27,8 min ölüm halı qeydə alınmışdır ki, bu da əhalinin hər min nəfərinə hesabı ilə 6,5 təşkil edir.
İlin birinci yarısında 33,4 min nikah və 3,9 min boşanma qeydə alınmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalma deməkdir.
Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 28, qadınlar arasında isə 24 yaş təşkil etmişdir.
Altı ayda 1588 nəfər daimi yaşamaq üçün ölkəyə gəlmiş və 1186 nəfər ölkədən gedən qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]