Azərbaycan Dövlət İnformasiya Agentliyi

ALTINCI AVRASİYA İQTİSADİ SAMMİTİNİN İŞTİRAKÇILARINA

Hörmətli Sammit iştirakçıları!

Sizi – Türkiyə Cümhuriyyətinin Prezidentinin himayəsi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşəbbüsü ilə keçirilən Altıncı Avrasiya İqtisadi Sammitinin iştirakçılarını səmimiyyətlə salamlayır, hamınıza uğurlar arzulayıram.

Türkiyə hökumətinin yardımı və dəstəyi ilə hər il keçirilən bu Sammit Avrasiya ölkələrinin dövlət və siyasi xadimlərini, millət vəkillərini, diplomatlarını, bir sıra nüfuzlu beynəlxalq və qeyri-hökumət təşkilatlarının, iqtisadi qurumların nümayəndələrini bir araya gətirərək, ölkələrimiz və xalqlarımız arasında formalaşan çoxtərəfli münasibətlərin daha da möhkəmlənməsinə, inkişaf etməsinə və mədəni inteqrasiyasına xidmət edən gözəl bir ənənəyə çevrilmişdir.

Bu ənənənin davam etdirilməsinə və Sammitin yüksək səviyyədə təşkil olunmasına görə Türkiyə Cümhuriyyətinin Prezidentinə, hökumətinə və Fəxri sədri olduğum Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Əlamətdar haldır ki, Altıncı Avrasiya İqtisadi Sammiti Azərbaycan üçün də böyük tarixi əhəmiyyəti olan hadisənin – XX əsrin dahi siyasi və dövlət xadimi Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyə Cümhuriyyətinin qurulmasının 80 illiyi ilə bir vaxta düşür.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifələr demokratik, hüquqi dövlət quruculuğu, azad bazar iqtisadiyyatına keçid və Avroatlantika sturkturlarına inteqrasiya olmuşdur.

1993-cü ildən bəri həyata keçirdiyimiz siyasətin ana xəttini cəmiyyətin siyasi, iqtisadi, hüquqi, qanunvericilik və digər sahələrində müxtəlif islahatlar təşkil etmişdir. 1995-ci ildə ölkənin bəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi, ölkə tarixində ilk dəfə olaraq, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması və bu kimi çoxsaylı tədbirlər Azərbaycanın yüksəliş yolunda atdığı önəmli addımlardandır.

1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adını almış irimiqyaslı neft müqaviləsinin bağlanması, Xəzərin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının istismarı ilə əlaqədar yeni müqavilələrin imzalanması ölkəmizin iqtisadi potensialının dirçəlməsi, xarici investisiyaların artması üçün geniş imkanlar yaratmışdır. İndiyədək dünyanın aparıcı dövlətlərinin nəhəng şirkətləri tərəfindən Azərbaycanın neft sənayesinə 6 milyard dollardan çox vəsait qoyulmuşdur. 2004-cü ildə bütün maliyyə mənbələri üzrə sərmayələrin həcmi 18,3 trilyon manat, xarici investisiyaların həcmi isə 3 milyard dollar təşkil edəcəkdir.

Azərbaycanın uğurla həyata keçirdiyi neft strategiyası ölkəmizin region dövlətləri ilə qarşılıqlı münasibətlərinin daha konstruktiv və intensiv xarakter almasına əhəmiyyətli təsir göstərmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin, Şərq-Qərb enerji dəhlizinin gerçəkləşməsi və tarixi Böyük İpək yolunun bərpası regional təhlükəsizliyin möhkəmlənməsinə əlverişli şərait yaratmışdır.

Həyata keçirilən səmərəli iqtisadi siyasət nəticəsində Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun həcmi 1998-ci ilə nisbətən 45 faiz artaraq, 2002-ci ilin yekunlarına görə 29,6 trilyon manat olmuşdur. Qeyd olunan dövrdə sənaye məhsullarının istehsalı 20,5 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 41,8 faiz artmışdır. Bir neçə ildir ki, ümumi daxili məhsulun illik artımı 10 faizə bərabərdir.

İndi Azərbaycan dünyaya açıqdır, geniş ikitərəfli əlaqələrə malikdir, mühüm beynəlxalq təşkilatların, birliklərin, iqtisadi və maliyyə qurumlarının üzvüdür. Ölkəmizin dünya birliyində nüfuzu günü-gündən artır, dövlətimiz beynəlxalq və regional siyasətin həyata keçirilməsində getdikcə daha fəal iştirak edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində həll edilməsi ilə bağlı Azərbaycanın diplomatik səyləri Ermənistanın mövqeyini xeyli zəiflətmişdir. Lakin Ermənistan rəhbərliyi təcavüzkar millətçilik, separatizm və terrorizm ideologiyasını əsas tutmaqda davam edərək, öz xalqını dərin böhran uçurumuna sürükləyir. Azərbaycan münaqişənin beynəlxalq hüquq normalarına uyğun, dinc yolla həllinin tərəfdarıdır. Bununla belə, Azərbaycanın səbri tükənməz deyildir. Biz heç zaman “mövcud reallıqlar” əsasında həll variantı ilə razılaşmayacağıq və torpaqlarımızın bir qarışını belə heç kimə verməyəcəyik.

11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-ın formalaşdırdığı antiterror koalisiyasına qoşulmuş və terrorizmə qarşı mübarizədə barışmaz mövqe tutmuşdur. Erməni terrorundan əziyyət çəkən Azərbaycan bu problemin aradan qaldırılması üçün beynəlxalq qurumlarla və ayrı-ayrı ölkələrlə əməkdaşlıq edir.

Bu günlər ölkəmiz demokratiyanın növbəti yetkinlik mərhələsini yaşayır. Oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Ölkədə azad, şəffaf, demokratik və ədalətli seçkilərin keçirilməsi üçün beynəlxalq standartlara uyğun qanunvericilik bazası yaradılmışdır. Mən Azərbaycan xalqının müdrik seçiminə inanıram.

Əmin olduğumu bildirmək istəyirəm ki, hazırkı Sammit bizim çoxtərəfli əməkdaşlığımızın inkişafı, regionumuzda və Avrasiyada sülhün, sabitliyin və etimadın möhkəmlənməsi üçün əhəmiyyətli rol oynayacaqdır.

Fürsətdən istifadə edib, bir daha Sammit iştirakçılarına Azərbaycan xalqının və hökumətinin salamlarını çatdırır, Sammitin işinə uğurlar diləyirəm.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

30 sentyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı