Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-da akademik Mahmud Kərimovun 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Bakı, 17 oktyabr, AZƏRTAC

AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə görkəmli elm xadimi, 2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş, akademik Mahmud Kərimovun 75 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Akademik Mahmud Kərimov: istedadlı alim, bacarıqlı elm təşkilatçısı” adlı konfransın iştirakçıları I Fəxri xiyabanda akademik Mahmud Kərimovun məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında mühüm xidmətləri olan ölkəmizin görkəmli elm xadimlərinin də məzarları ziyarət olunub.

Elmi konfransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Mahmud Kərimov Azərbaycanda radiasiya fizikası istiqamətində tanınmış alimlərdən biri olub. Qeyd edib ki, alim yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası, eləcə də respublikada və xaricdə işıq üzü görmüş 200-dən çox elmi məqaləsi ilə Azərbaycan fizika elminin zənginləşməsinə sanballı töhfələr verib. Akademik Mahmud Kərimovun informatika istiqamətində də mühüm tədqiqatlar apardığını deyən akademik İsa Həbibbəyli görkəmli alimin bu elm sahəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçildiyini diqqətə çatdırıb.

AMEA rəhbəri vurğulayıb ki, akademik Mahmud Kərimov Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik etdiyi illərdə Azərbaycan elminin inkişaf etdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq aləmə inteqrasiyası və yüksəkixtisaslı gənc kadrların yetişdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Xüsusilə akademik Mahmud Kərimovun Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə qurduğu əlaqələrin fizika-radiasiya sahəsində çalışan alimlərin elmi fəaliyyətində yeni imkanlar açdığını, nəticədə nüvə və radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan alimlərinin elmi fəaliyyətinin genişləndiyini və BAEA-nın işində ölkəmizin rolunun artdığını bildirib.

Həmçinin diqqətə çatdırıb ki, akademik Mahmud Kərimov Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi ölkəmizdə prioritet elmi tədqiqatların aparılması və koordinasiyası işinə uğurla rəhbərlik etmiş, onun akademiyaya prezidentliyi dövründə AMEA-nın Naxçıvan, Gəncə bölmələri, Lənkəran Regional Elmi Mərkəzi fəaliyyətə başlayıb.

Akademik Mahmud Kərimovun ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi təqdirəlayiq fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli alimin Azərbaycan diasporunun yaranması və inkişaf etdirilməsində mühüm xidmətləri olduğunu xatırladıb.

“Akademik Mahmud Kərimov yüksək mədəniyyətə malik şəxsiyyət, nəcib insan, mənəviyyatı zəngin, qarşısındakı insanlara yüksək ehtiram göstərən əsl ziyalı, alicənab şəxs idi”, - deyə AMEA-nın prezidenti çıxışında vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Akademik Mahmud Kərimovun elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda məruzə edib.

Akademik Rasim Əliquliyev görkəmli alim Mahmud Kərimovun həyat və fəaliyyətindən söz açaraq, onun ziyalı ailəsində doğulub, boya-başa çatdığını, ömrünün ilk illərindən etibarən öz taleyini elm sahəsinə, AMEA-ya həsr etdiyini diqqətə çatdırıb. Görkəmli alimin zəngin elmi fəaliyyətinin əsas məqamlarına toxunaraq onun radiasiya fizikası və informatika sahəsində mühüm elmi nailiyyətlərə imza atdığını bildirib: “Mahmud Kərimov 31 yaşında fəlsəfə, 41 yaşında elmlər doktorluğu üzrə dissertasiya işini müdafiə etmiş, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir”.

AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev akademik Mahmud Kərimovun müasir dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının formalaşması və inkişafında müstəsna xidmətləri olduğunu söyləyib. Qeyd edib ki, Mahmud Kərimov islahatçı, yenilikçi ruhu, alicənablığı və yüksək insani keyfiyyətləri ilə Azərbaycan elmi ictimaiyyəti arasında yüksək nüfuz və hörmət qazanmışdır. Həmçinin vurğulayıb ki, akademik Mahmud Kərimov AMEA-nın prezidenti kimi fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminin idarə olunmasında müasir çağırışları rəhbər tutmuş, ölkə elminin inkişafı və beynəlxalq aləmə inteqrasiyası istiqamətində kompleks tədbirlər həyata keçirmişdir.

Daha sonra AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov “Akademik Mahmud Kərimov - bacarıqlı elm təşkilatçısı” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, akademik Mahmud Kərimov təkcə alim kimi deyil, həm də böyük şəxsiyyət, görkəmli elm təşkilatçısı kimi də əbədi yaddaşlarda həkk olunmuşdur. Akademik Arif Həşimov görkəmli alim Mahmud Kərimovun 2001-ci ildə AMEA-nın prezidenti seçildikdən sonra Milli Elmlər Akademiyasının fəaliyyətində yeni eranın başladığını, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirildiyini deyib. Həmin dövrdən sonra AMEA-da bir sıra yeni institutların, xüsusilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan Fizika, Radiasiya Problemləri institutlarının yaradıldığını, ölkəmiz üçün mühüm istiqamətlərdə tədqiqatların aparılmağa başlandığını söyləyib. Akademik Mahmud Kərimovun AMEA-nın gəncləşməsi işinə də xüsusi diqqət yetirdiyini vurğulayan məruzəçi alimin tapşırığı ilə gənclərin işə qəbul edildiyini və bu gün həmin şəxslərin ixtisaslı kadr kimi Azərbaycan elminin inkişafına öz töhfələrini verdiklərini bildirib.

Akademik Arif Həşimov Mahmud Kərimovun görkəmli elm təşkilatçısı kimi “Azərkosmos” ASC-nin yaranmasında, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın hazırlanmasında gərgin əmək sərf etdiyini diqqətə çatdırıb.

Konfransda, həmçinin AMEA-nın müşaviri, akademik Adil Qəribov “Mahmud Kərimov - əbədiyyətə gedən yol”, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov “Akademik Mahmud Kərimovun Azərbaycanda yüksək texnologiyaların inkişafındakı xidmətləri”, Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev “Akademik Mahmud Kərimovun rəhbərliyi dövründə Radiasiya Problemləri İnstitutunun fəaliyyəti” və AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru Sərxan Xavərinin “İdrak və mənəviyyatın vəhdətindən görünən Mahmud Kərimovun şəxsiyyəti” mövzusunda məruzələri dinlənilib.

Daha sonra akademik Mahmud Kərimovun ailəsi adından bibisi oğlu professor Nazim Kazımov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanın son 20 ildə Prezident İlham Əliyevin liderliyində bütün sahələrdə yüksək uğurlara imza atdığını, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğunu deyib və Azərbaycan elminin dövlətimizin gələcək inkişafında üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və məsuliyyətlə gələcəyini deyərək konfransa yekun vurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib