Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib

Bakı, 21 yanvar, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin yanvarın 21-də keçirilən iclasında Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova bölmənin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib.

Akademik İradə Hüseynova diqqətə çatdırıb ki, hesabat ilində ölkə başçısının Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları və tədbirlər planlarının, o cümlədən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” və s., “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Ümumi yığıncağı və Rəyasət Heyətinin qərarları ilə verilmiş tapşırıqların və AMEA rəhbərliyinin sərəncamlarının icrasına yönəldilmiş, dövlət proqramlarının və milli strategiyaların bəndləri üzrə bölmə və onun üzvləri tərəfindən görülmüş işlər haqda məlumatlar aidiyyəti üzrə təqdim edilib. Bundan əlavə, Azərbaycanın sosial-iqtisadi inkişafına dair 2030-cu ilə qədər reallaşdırılması planlaşdırılan beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib və həmin prioritetə uyğun fəaliyyətlər icra olunub.

İl ərzində, həmçinin AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində, Elm və Təhsil, Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, digər dövlət orqanlarının tabeliyində fəaliyyət göstərən elm müəssisələrində, ali təhsil ocaqlarının müvafiq kafedralarında yerinə yetirilən tədqiqatların əlaqələndirilməsi həyata keçirilib.

Akademik qeyd edib ki, ötən il BTEB tərəfindən tədqiqatlar müəyyən edilmiş 4 istiqamətdə - biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya, kənd təsərrüfatı və təbabətdə tətbiqi və patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətində aparılıb.

İradə Hüseynova hesabat ilində Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə, akademik Mustafa Topçubaşovun, AMEA-nın fəxri üzvü, professor İhsan Doğramacının yubileylərinə, eləcə də “Konstitusiya və Suverenlik İli”nə, AMEA-nın 80 illik yubileyinə, Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş “Tarix yaradan şəxsiyyət”, “Böyük Ana-Alim-Qadın”, “Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması”, “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi”, “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar”, “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda konfransların, “Bilik yarışı” müsabiqəsinin, “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” və s. kitabların təqdimat mərasimlərinin keçirildiyini söyləyib.

O, həmçinin hesabat dövründə akademik Zərifə xanım Əliyevanın müəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” əsərinin ilk dəfə ingilis dilində nəfis şəkildə nəşr edildiyini, o cümlədən bölmə üzvləri tərəfindən “Klinik onkologiya. Həkimlər üçün əsas rəhbərlik”, “Onkoloji Ginekologiya”, “Naxçıvan Muxtar Respublikasının təbiəti (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər)”, “Hərbi Psixologiya və Hərbi Klinik Psixologiya”, “AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi: inkişaf tarixi və uğurları”, “Akademik Mustafa Topçubaşovun biblioqrafiyası” və digər nəşrlərin işıq üzü gördüyünü deyib.

Akademik İradə Hüseynova ötən il bölmənin və onun müəyyən etdiyi istiqamətlər üzrə fəaliyyət göstərən tədqiqat müəssisələrinin elmi fəaliyyətinin əsas istiqamətləri sırasında Qarabağa “Elmin Böyük Qayıdışı”nın əhəmiyyətli yer tutduğunu deyib. BTEB və onun üzvləri İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də digər müvafiq işçi qruplarının işində, fəaliyyət proqramlarının icrasında, region üzrə monitorinqlərin aparılmasında fəal şəkildə iştirak ediblər. 2025-ci il ərzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Ekoloji məsələlər üzrə İşçi Qrupunun müfəssəl sahəvi planının (2021-2025-ci illər üzrə), “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” Tədbirlər planının müvafiq bəndlərinin icrası diqqət mərkəzində olub. Belə ki, işğaldan azad edilmiş ərazilərə BTEB-nin əhatə etdiyi institutlar tərəfindən çoxsaylı ekspedisiyalar həyata keçirilib, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin, torpaq və su ehtiyatlarının, içməli su mənbələrinin, meşə və digər ekosistemlərin monitorinqləri aparılıb.

İ.Hüseynova bildirib ki, bölmənin əhatə etdiyi institutlarda hesabat ilində 20 problem, 65 mövzu, 160 iş, 431 mərhələ üzrə tədqiqatlar aparılıb, 48 mövzu, 120 iş və 335 mərhələ tamamlanıb. Tibb müəssisələrində 26 problem, 141 mövzu (36-sı tamamlanıb) və 294 işi (72-si tamamlanıb) əhatə edən 361 (146-sı tamamlanıb) mərhələ üzrə tədqiqatlar həyata keçirilib. KTN üzrə isə 26 problem, 108 mövzu (31-i tamamlanıb) və 244 işi (66) əhatə edən 370 (234) mərhələ üzrə tədqiqatlar aparılıb. 2025-ci ildə biologiya, tibb, aqrar və ekologiya elmləri sahəsində alınmış çoxsaylı elmi nəticələr sırasından yalnız ən mühümləri (37 nəticə) seçilib. Bundan əlavə, hesabat dövründə BTEB-nin əhatə etdiyi institutlar tərəfindən 1020 elmi əsər, o cümlədən 12 kitab (1-i xaricdə), 12 monoqrafiya (1-i xaricdə), 404 məqalə (266-sı xaricdə, onlardan 228-i indeksləşən bazalara, 145-i Web of Science və Scopus bazalarında, 68-i digər bazalarda), 592 tezis (162-i xaricdə) nəşr olunub. Əməkdaşların əsərlərinə 3190 istinad edilib.

Tibbiyönümlü elmi-tədqiqat və təhsil müəssisələri tərəfindən 4250 elmi əsər, o cümlədən 62 kitab (3-ü xaricdə), 25 monoqrafiya (6-sı xaricdə), 2015 məqalə (890-ı xaricdə, onlardan 457-i “Web of Science” və “Scopus” bazalarından olan jurnallarda), 2097 tezis (640-ı xaricdə) nəşr olunub, elmi əsərlərə 1262 istinad edilib.

Hesabat ilində Kənd Təsərrüfatı Nazirliyinin aqrar tədqiqat və təhsil müəssisələri tərəfindən 912 elmi əsər, o cümlədən 50 kitab (3-ü xaricdə), 4 monoqrafiya (1-i xaricdə), 554 məqalə (277-si xaricdə, onlardan 121-i “Web of Science” və “Scopus” bazalarında), 304 tezis (85-i xaricdə) nəşr olunub. Əməkdaşların əsərlərinə 1282 istinad edilib.

Məruzədə, o cümlədən bölmənin elmi nəşrləri, elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, kadr hazırlığı, müəssisələrdə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, elektron elmin vəziyyəti, təltiflər, patentlər, qrantlar və s. barədə məlumat verilib.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Biologiya və Tibb Elmləri Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölməyə müvafiq tapşırıqlar verilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib