ELM VƏ TƏHSİL
AMEA-nın İqtisadiyyat İnstitutu rəqabət qabliliyyətliliyin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır
Bakı, 31 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu ölkə iqtisadiyyatında rəqabət qabliliyyətliliyin qiymətləndirilməsi sahəsində yeni metodlar araşdırır.
AMEA rəyasət heyəti mərkəzi aparatı ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd dünya iqtisadiyyatında gedən proseslərin Azərbaycandakı rəqabət qabliliyyətliliyə təsirinin müşahidə edilməsində yardımçı olmaqdır.
Tədqiqat işləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan qrant dəstəyinə layiq görülmüş “Azərbaycan iqtisadiyyatının davamlı inkişaf konsepsiyasında rəqabət qabliyyətliliyin qiymətləndirilməsi metodologiyalarının tədqiqi” layihəsi çərçivəsində həyata keçirilir. Layihə 2014-cü ilin iyununda başa çatacaqdır.
Layihənin rəhbəri – İqtisadiyyat İnstitutunun böyük elmi işçisi Sulduz Səlimov bildirir ki, dünya iqtisadiyyatında gedən proseslərin Azərbaycan iqtisadiyyatının rəqabət qabliliyyətliliyinə təsiri ölkənin davamlı inkişaf konsepsiyasının formalaşmasında özünü qabarıq şəkildə göstərir. Əsas məqsəd tədqiqat nəticəsində əldə olunacaq qiymətləndirmə metodlarının respublika iqtisadiyyatında tətbiq edilməsidir.