AMERİKANIN “BİZ, TEXAS VƏ RUSİYA” RADİO PROQRAMININ REDAKTORU SOFYA TABAROVSKAYANIN ÇIXIŞI
Buraya, Azərbaycana gələndə mən öz-özümə dedim ki, dostlarımla görüşəcəyəm. Konqresin işinin gözəl təşkili sayəsində mən daha yeni əlaqələr yaratmağa nail oldum. Lakin hər şeydən əvvəl, bir hadisəni sizə danışmaq istərdim. 1990-ci illərin ortalarında Azərbaycan Prezidenti Heydər Əliyev Hyüstona gəlmişdi. Onun Hyüstonun və ABŞ-ın siyasi xadimləri ilə görüşündə iştirak etmək mənə də qismət oldu. Ciddi görüş və ciddi danışıqlar idi və Heydər Əliyev orada nitq söylədi. Birdən telefon zəng vurdu və onu telefona cavab verməyə dəvət etdilər. Salon sükuta qərq oldu, hamı elə bildi ki, Prezidenti telefona çağırıblarsa, deməli, nə isə baş vermişdir. Heydər Əliyev isə şad və sevinclə qayıdaraq deyir: “Nəvəm anadan olmuşdur və ona mənim adımı vermişlər”. Bu, böyük hadisə idi, elə bir hadisə ki, bir anın içində bütün görüşün məcrasını dəyişdi. Hamı bu hadisəni qeyd etməyə başladı.
Ertəsi günü mən Azərbaycan Prezidentindən özümün kiçik radioproqramım üçün asanlıqla müsahibə almağa nail oldum. O zaman Prezident hazırda Hyüstonda yaşayan mühacirlər barədə xoş sözlər dedi. Bu insanların taleyi bir-birinə bənzəmirdi. Lakim mən əminliklə deyə bilərəm ki, keçmiş bakılıların ürəyi sizin respublika ilə, sizin şəhərlə eyni vurur. Mən Azərbaycanın əməkdar müəllimi Leonid Mixayloviç Şurun sözlərini təkrar edirəm. Mən Azərbaycan nümayəndə heyətinin Hyüstonda keçirdiyi görüşlər barədə Heydər Əlirza oğlu ilə, xarici işlər naziri ilə müsahibələr qısa materiallar verdim.
Demək istəyirəm ki, Azərbaycan böyük yola qədəm qoymuşdur və mən ona uğurlar arzulayıram.