Anaklaudia Rossbax: UN-Habitat gündəliyin həyata keçirilməsində üzv dövlətləri və tərəfdaşları dəstəkləməyə hazırdır VİDEO
Bakı, 17 may, AZƏRTAC
UN-Habitat gündəliyin həyata keçirilməsində üzv dövlətləri və tərəfdaşları dəstəkləməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax yeni urbanizasiya gündəliyi mövzusuna həsr olunmuş nazirlər görüşündə bildirib.
O əlavə edib ki, təşkilatın yeni strateji planı dayanıqlı urbanizasiyanın əsas istiqamətlərinə yönəlib.
Qeyd edək ki, bu gün Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günü yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşlə başlayıb.
Müxbir – Gülay Nəzərova