Zarina Mirabdullayeva: Könüllülük cəmiyyətlərin həmrəyliyini gücləndirir
Bakı, 16 may, AZƏRTAC
Bir-birinə dəstək olmaq və həmrəylik bir çox xalqların mədəniyyətində mühüm yer tutur və bu dəyərlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT Könüllüləri Proqramının (UNV) Avropa və Mərkəzi Asiya üzrə regional koordinatoru Zarina Mirabdullayeva Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxışı zamanı səsləndirib.
O bildirib ki, çətin dövrlərdə insanların bir araya gəlməsi və bir-birinə dəstək göstərməsi cəmiyyətlərin dayanıqlığını gücləndirən əsas amillərdəndir.
“Könüllülük fəaliyyəti bizim üçün yad anlayış deyil. Bir çox mədəniyyətlərdə insanlar uşaqlıqdan bir-birinə yardım etməyi öyrənirlər və bu, həyat tərzinə çevrilir. İnsanlar təkbaşına edə bilmədikləri işləri birlikdə həyata keçirirlər”, – deyə Zarina Mirabdullayeva vurğulayıb.
UNV rəsmisi qeyd edib ki, bir çox gənc qərarvermə proseslərinə qoşulmazdan əvvəl könüllülük fəaliyyətində iştirak edir və qeyri-hökumət təşkilatları bu prosesdə mühüm rol oynayır.
O, Dünya Könüllülük Hesabatının son nəticələrinin könüllülərin qlobal miqyasda cəmiyyətlərin inkişafında nə qədər böyük rol oynadığını bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2026 [16:25]
Ersin Güzel: Türk dünyasının bir-birindən başqa dayağı yoxdur
- 16.05.2026 [15:45]
Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib
- 16.05.2026 [13:12]
Banu Nurqaziyeva: Türk dünyasını ortaq dəyərlər və həmrəylik birləşdirir
16 May - Beynəlxalq İşıq Günüdür
- [15:28]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Həmişə işıqlıqda!
- [11:22]
Sabah Bakıda WUF13 başlayır
- [10:05]
Mirnaib Həsənoğlu: “Urban Code” bizim memarlıq və vizual yaddaşımızdır
- 15.05.2026 [23:59]
ABŞ Dövlət Departamenti: Livan və İsrail arasında atəşkəs 45 gün uzadılıb
- 15.05.2026 [23:28]
Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb VİDEO
- 15.05.2026 [23:11]
Deputat: Gənc rəssamların əsərləri sərgiyə xüsusi rəng qatır
- 15.05.2026 [23:03]
Ankarada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələri Günü qeyd olunub
- 15.05.2026 [22:35]
Beynəlxalq Ailə Gününə həsr olunan konfrans: “Ailəmiz - ən güclü dəyərimiz”
- 15.05.2026 [22:32]
Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”a uduzub
- 15.05.2026 [22:19]
Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün addımlar atır
- 15.05.2026 [22:14]
Frontex: Aİ-yə qeyri-qanuni keçidlərin sayı 40 faiz azalıb
- 15.05.2026 [22:04]
Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu
- 15.05.2026 [21:29]