Londonda genişmiqyaslı etiraz aksiyaları keçirilib
London, 16 may, AZƏRTAC
Londonda bu gün on minlərlə insanın iştirakı ilə iki rəqib aksiya keçirilib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, aksiyalardan biri ifrat sağçı fəal Tommi Robinsonun təşkil etdiyi “Unite the Kingdom” yürüşü, digəri isə Fələstinə dəstək nümayişi olub. Paytaxtda təhlükəsizliyi təmin etmək üçün 4 mindən çox polis əməkdaşı səfərbər edilib. Əməliyyat zamanı dronlardan, atlı polis dəstələrindən istifadə olunub, həmçinin zirehli texnika ehtiyatda saxlanılıb.
Metropoliten polisi bildirib ki, bu əməliyyat son illərin ən böyük təhlükəsizlik tədbirlərindən biri hesab olunur. Yerli vaxtla saat 16:30-a olan vəziyyətə əsasən ümumilikdə 31 nəfər saxlanılıb. Polis qüvvələri iki ayrı aksiyada iştirak edənlərin bir-birinə yaxınlaşmasının qarşısını almaq üçün marşrutlar boyunca baryerlər quraşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]