ANAMA: Ötən həftə 303 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, aprelin 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 13 mina, tank əleyhinə 12 mina və 39 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 303 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]