ANAMA: Vətən müharibəsindən sonra 337 Azərbaycan vətəndaşı mina qurbanı olub
Bakı, 30 noyabr, AZƏRTAC
Vətən müharibəsindən sonra mina partlayışı nəticəsində 337 Azərbaycan vətəndaşı mina qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın panel müzakirəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov söyləyib.
O bildirib ki, ermənilər yalnız döyüş zonasında deyil, eyni zamanda evlərdə, mülki təyinatlı ərazilərdə də mina və digər partlayıcı qurğular basdırıblar. Əməliyyatlar zamanı aşkarlanan hərbi sursatların əksəriyyəti Ermənistan istehsalı olan piyada əleyhinə minalardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [21:49]
® Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib
- 17.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 17.06.2026 [18:26]