Ankarada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
İstanbul, 28 dekabr, AZƏRTAC
Ankarada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub. Tədbirdə Türkiyədəki səfirliyimizin əməkdaşları, diaspor nümayəndələrimiz, elm və incəsənət xadimləri, qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələr və müxtəlif ictimai birliklərin əməkdaşları iştirak ediblər.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, bayram tədbirində çıxış edən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunmasından, azərbaycançılıq məfkurəsinin formalaşması istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətindən bəhs edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlamətdar gün münasibətilə dünya azərbaycanlılarına müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra bir qrup azərbaycanlı tələbəyə səfirliyin təşəkkürnamələri təqdim olunub.
Azərbaycanlı tələbələr geniş musiqi proqramı ilə çıxış ediblər.
Tədbir ziyafətlə davam etdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]