ANTARKTİDADAN DAHA BİR NƏHƏNG AYSBERQ QOPMUŞDUR
İTAR-TASS-ın verdiyi xəbərə görə Antarktidadan daha bir nəhəng aysberq qopmuşdur. Amerika alimləri bildirirlər ki, onun uzunluğu 56, eni isə 11 kilometrdir. Alimlərin məlumatına görə, nəhəng bu buz parçasını ABŞ müdafiə nazirliyinin kosmik peykləri aşkar etmişdir.
Aysberq ağ qitənin cənub-şərqindəki Lazarev buz şelfindən qopmuşdur. Son iki həftə ərzində bu, Antarktidanın artıq ikinci “itkisidir”. Bir neçə gün bundan əvvəl Antarktidadan sahəsinə görə Lüksemburq knyazlığından iki dəfə böyük olan buz parçası da qopmuşdu.
Son 26 ildə Antarktidadan 17 aysberq qopmuşdur. Lakin alimlərin əldə etdikləri yeni məlumatlar onlarda müəyyən nikbinlik yaradır: son illər ərzində ilk dəfə olaraq, altıncı qitənin bəzi rayonlarında buzun qalınlığı artmağa başlamışdır. Doğrudur, mütəxəssislər bu prosesin ötəri və yaxud uzunmüddətli olacağını hələlik bilmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:28]
AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb
- 04.06.2026 [17:59]
DSMF: Ötən ay 31 min 746 vətəndaşın müraciəti cavablandırılıb
- 04.06.2026 [17:56]
Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub
- 04.06.2026 [17:41]
AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
- 04.06.2026 [17:37]