Apreldə Azərbaycanda kibertəhlükəsizliklə bağlı 332 müraciət olub
Bakı, 4 may, AZƏRTAC
Aprel ayında Azərbaycanda kibertəhlükəsizliklə bağlı 332 müraciət edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, aprel ayı ərzində mərkəzə daxil olan sorğulardan 93,7 faizinə baxılıb və təmin edilib.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında kibertəhlükəsizliklə bağlı müraciətlərin ümumi sayı 1506 ədəd təşkil edib. Hesabat dövründə ümumi sorğuların 95,9 faizi baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 66 hesabat təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]