Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər
Bakı, 29 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün Bakı və Naxçıvan şəhərlərində test imtahanı keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biliblər. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 31 nəfər iştirak edib. 10 nəfər uğur qazanaraq müstəqil ekspert sertifikatı əldə edib.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası sentyabrın 30-u və oktyabrın 1-2-si saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:43]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi
- 02.10.2026 [12:22]
Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir
- 02.10.2026 [12:13]
Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib
- 02.10.2026 [12:01]
AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb
- 02.10.2026 [10:27]