AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı yeni maarifləndirici layihəyə başlayıb.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, kampaniyanın ilk buraxılışının qonağı tanınmış idmançı, dünyanın ən hündür Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın Vəfa Musayeva olub.
Alpinist düzgün qidalanmanın və təhlükəsiz qida seçiminin idman nəticələrinə birbaşa təsir etdiyini bildirib. Onun sözlərinə görə, qeydiyyatdan keçməyən bioloji aktiv qida məhsullarının və idman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq və idman karyerası üçün ciddi risk yaradır.
Daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [19:10]
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı olub – YENİLƏNİB
- 07.05.2026 [19:08]
AZƏRTAC-ın əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər
- 07.05.2026 [19:00]
Sumqayıtda yataqxana binasında yanğın olub, sakinlər təxliyə ediliblər
- 07.05.2026 [18:21]
Daha 200 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib
- 07.05.2026 [18:03]