SİYASƏT
ARDNŞ-İN GÜRCÜSTANDAKI NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ BRİFİNQ KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov avqustun 16-da Tbilisidə brifinq keçirmişdir. O bildirmişdir ki, münaqişə zonasında silahlı qarşıdurma başlayandan bəri ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin bütün qurumları adi qaydada işləmişlər. Hazırda bu ölkədə fəaliyyət göstərən 12 benzindoldurma stansiyamızda və Kulevi neft terminalında iş normal şəraitdə davam edir. Ölkənin Qərb bölgəsindəki Xaşuri və Zestafoni rayonları ərazisində inşa edilən benzindoldurma stansiyalarına hələlik zərər dəyməmişdir. Nümayəndəlik indiyədək Gürcüstan tərəfinə 21 min litrə yaxın dizel yanacağı və benzin vermiş, köçkünlərə 200 ədəd qaz plitəsi və balonlar paylamışdır.