“Ariane-6” raketinin ilk uçuşu 2024-cü ilin yayına planlaşdırılıb

Bakı, 1 dekabr, AZƏRTAC
Yeni “Ariane-6” raket daşıyıcısının ilk uçuşu 2024-cü ilin yayına planlaşdırılıb, mütəxəssislər hazırda bu tarixi təxirə sala biləcək əhəmiyyətli maneələr gözləmirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin Baş direktoru Yozef Aşbaher mətbuat konfransında bildirib.
O deyib: “İndiki proqnozları dəyişə biləcək hər hansı maneələr gözləmirik. “Ariane-6” raketinin ilk uçuşunun gələn il 15 iyun-31 iyul tarixləri arasındakı dövrdə təşkil olunacağını planlaşdırırıq”.
Jurnalistin dəqiq tarixin nə vaxt olacağı barədə sualını Aşbaher belə cavablandırıb: “Göstərilən dövrdə ən erkən tarix iyunun ortasına düşür”. O qeyd edib ki, hər şeyi qabaqcadan görmək mümkün deyil, gələn aylarda yeni testlər planlaşdırılıb. Lakin mühəndislər üçün həlledici və ən başlıcası mühərriklərin sınaqdan keçirilməsi olub. “Birinci uçuş test uçuşu olacaq, o, hansısa böyük həcmdə qurğunun orbitə çıxarılması vəzifəsini yerinə yetirəcək”, - deyə Aşbaher vurğulayıb.
Mətbuat konfransında o da bəyan edilib ki, ilk olaraq “Ariane-62” modifikasiyalı raket - iki sürətləndiriciyə malik daha yüngül versiyalı raket buraxılacaq.
Avropa Kosmik Agentliyinin Baş direktoru etiraf edib ki, yeni raket daşıyıcısının işlənib hazırlanması ilə bağlı vəziyyət böhranlı idi və onun ilk uçuşuna hazırlıq dövründə həm agentliyin özünün, həm də “Arianespace”in idarəetmə strukturunda dəyişikliklər aparmalı olublar. O, layihə ilə bağlı bütün problemlərin həllində ictimaiyyətlə əlaqələrdə də səhvlər buraxıldığını söyləyərək, bundan sonra layihə barədə daha ətraflı məlumat veriləcəyini vəd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:39]
Fransa prezidenti Madaqaskar xalqından üzr istəmədi və şübhəli vəd verdi
- 25.04.2025 [18:20]
Makrona sərt cavab: Mayot Qəmər adalarınındır
- 25.04.2025 [17:37]
“Intel” kompaniyasının yeni baş direktoru “çətin qərarını” açıqlayıb
- 25.04.2025 [16:46]
Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
- 25.04.2025 [16:24]
Tramp: Nizamlanma prosesinin sonunda Krım Rusiyada qalacaq
- 25.04.2025 [16:19]
Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb
- 25.04.2025 [16:10]